Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ermənistandan Türkiyəyə ixrac olunan gül partiyası gömrük rəsmiləşdirilməsinin uzanması səbəbindən alıcıya çatmadan xarab olub.
Moderator.az bu haqda “Kavkazskiy uzel” nəşri, Ermənistan və Türkiyə mənbələrinə istinadla xəbər verir.
“Kavkazskiy uzel”in məlumatına görə, “Seasons Rose” şirkətinin nümayəndələri məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ediblər.
“Hraparak” qəzetinin yazdığına görə, şirkət 6 iyul 2026-cı ildə yeni ixrac bazarları tapmaq məqsədilə yaradılıb. ABŞ-a ilk tədarükdən sonra şirkət Türkiyəyə gül ixrac etməyə cəhd göstərib. Lakin gömrük rəsmiləşdirilməsinin gecikməsi nəticəsində məhsul xarab olub və şirkət maliyyə itkisi ilə üzləşib.
Şirkət rəhbərliyi Paşinyana məktubunda digər erməni sahibkarların da oxşar problemlərlə üzləşdiyini bildirib. İxracatçıların fikrincə, hökumətin ixracın şaxələndirilməsi və yeni bazarların açılması ilə bağlı siyasəti hələ biznes üçün gözlənilən nəticələri vermir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha əvvəl ölkənin kənd təsərrüfatı məhsulları üçün yeni ixrac istiqamətlərinin yaradıldığını və Türkiyənin də potensial bazarlardan biri olduğunu açıqlamışdı. Ermənistan tərəfi son aylarda güllərin Latviya və Birləşmiş Ərəb Əmirliklərinə ixracına da başladığını bildirir.
Türkiyə Xarici İşlər Nazirliyi isə may ayında Ankara ilə İrəvan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıq işlərinin başa çatdığını açıqlayıb. Bununla belə, Türkiyə-Ermənistan quru sərhədinin tam açılması ilə bağlı texniki və digər hazırlıq işlərinin davam etdiyi bildirilib.
Beləliklə, Ermənistanın Türkiyə üzərindən ixrac imkanlarının genişləndirilməsi istiqamətində siyasi razılaşmalar mövcud olsa da, konkret sahibkarların qarşılaşdığı logistika və gömrük problemləri prosesin hələ də ciddi praktiki maneələrlə üzləşdiyini göstərir.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:449
Bu xəbər 12 Sentyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















