Icma.az
close
up
RU
Sürücülər bu mahnılara qulaq asmasın

Sürücülər bu mahnılara qulaq asmasın

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ritmləri sürətli musiqi avtomobil idarə edən şəxsin daha çox qaz pedalına basmasına və yola diqqətinin azalmasına səbəb ola bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni araşdırmada "Spotify"ın avtomobil səfərləri üçün hazırlanan populyar pleylistləri təhlil edilib. Mütəxəssislər 30 pleylistdə ən çox rast gəlinən 50 mahnını seçərək onların ritmini müqayisə ediblər.

Araşdırmaya əsasən, dəqiqədə 120 vuruşdan (BPM) daha sürətli musiqilər sürücünün daha yüksək sürətlə hərəkət etməsi, diqqətinin azalması və sükan arxasında daha çox səhvə yol verməsi ilə əlaqəli ola bilər.

Siyahının ilk pilləsində Ed Sheeranın "Shape of You" mahnısı qərarlaşıb. Kompozisiyanın tempi 192 BPM-dir. Mahnı araşdırılan 30 pleylistin 24-də yer alıb və "Spotify"da 5 milyarddan çox dinlənilib.

Ən yüksək tempə malik və sürücülər üçün potensial risk yarada biləcək 10 mahnı belə sıralanıb:

Ed Sheeran - "Shape of You"
Oasis - "Wonderwall"
The Kid Laroi & Justin Bieber - "Stay"
Billy Idol - "Rebel Yell"
Blondie - "One Way or Another"
Pharrell Williams - "Happy"
Outkast - "Hey Ya!"
Queen - "Don't Stop Me Now"
The Killers - "Mr. Brightside"
Bruno Mars - "Locked Out of Heaven"

Mütəxəssislər xüsusilə vurğulayıblar ki, sözügedən mahnıların özləri avtomatik olaraq təhlükəli deyil. Söhbət sürətli musiqi tempi ilə sürücünün davranışı arasındakı mümkün əlaqədən gedir.

Alimlərin fikrincə, bu təsir avtonom sinir sisteminin fəaliyyəti və ritmik sinxronizasiya adlanan proseslə bağlı ola bilər. İnsan fərqinə varmadan davranışlarını musiqinin ritminə uyğunlaşdıra bilər.

Daha sakit və təhlükəsiz sürüş üçün isə tədqiqatçılar tempi 60-100 BPM arasında olan musiqilərə üstünlük verməyi tövsiyə edirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Sentyabr 2026 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri