Necə yataq ki, üzümüz QIRIŞMASIN?
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mütəxəssislər bildirir ki, yuxu pozası və gündəlik vərdişlər üz dərisinin qırışmasına birbaşa təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, həkim-kosmetoloqların sözlərinə görə, ən zərərli yuxu pozası üzü yastığa sıxaraq yatmaqdır. Bu halda dəridə təzyiq yaranır və zamanla "yuxu qırışları" adlanan xətlər formalaşa bilər.
Mütəxəssislər ən ideal yuxu pozası kimi arxası üstə yatmağı tövsiyə edirlər. Bu vəziyyətdə üz dərisi yastığa təmas etmir və sıxılma baş vermir.
Bundan əlavə, ipək və ya saten yastıq üzlüklərindən istifadə etmək də qırışların yaranma riskini azalda bilər. Çünki bu materiallar dəridə sürtünməni minimuma endirir.
Həmçinin kifayət qədər su içmək, düzgün qidalanmaq və dərini mütəmadi nəmləndirmək də dəri elastikliyinin qorunmasında mühüm rol oynayır.
Mütəxəssislər qeyd edir ki, sağlam yuxu rejimi və düzgün yatmaq tərzi uzun müddətdə üzün gənc və təravətli qalmasına kömək edir.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Aprel 2026 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















