Icma.az
close
up
RU
Nəcməddin Sadıkovun yaxın adamının məhkəməsində yeni detallar ÜZƏ ÇIXDI

Nəcməddin Sadıkovun yaxın adamının məhkəməsində yeni detallar ÜZƏ ÇIXDI

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) məhkəmə prosesi keçirilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Solmaz Əliyeva deyib ki, Zahid Niftəliyevi tanımır:
"2004-cü ildən "Atabank"da çalışmışam. Mənim işim müştərinin sənədlərini imzalayıb kassaya yönləndirməkdən ibarət olub. Zahid Niftəliyevi bankda 2-3 dəfə görmüşəm. Bir dəfə qəbzlə yaxınlaşdı, imzaladım. Müştəri hər dəfə pul çəkəndə mənə yaxınlaşırdı".
Zahid Niftəliyev şahid Solmaz Əliyevanı tanımadığını bildirib. Onun sözlərinə görə, bankda cəmi bir dəfə olub və bir neçə sənədə imza atıb.
Solmaz Əliyevanın məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyət olduğu üçün onun istintaqdakı ifadəsi prosesdə elan olunub.
O, həmin ifadəsində Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə milyonlarla vəsait kredit ayrıldığını deyib.
Hakim Novruz Kərimov vurğulayıb ki, məhkəmədə sübutlar əsasında bankın milyonlarla vəsaiti Zahid Niftəliyevin şirkətinə deyil, digər şirkətlərə ayırdığı məlum olub.
Həmçinin şahid ibtidai istintaqa verdiyi ifadəsində Zahid Niftəliyevin banka ayrı-ayrılıqda 683 min və 625 min dollar vəsait ödədiyini bildirib.
Zahid Nifətliyev isə məhkəmədə deyib ki, o, banka hər hansı bir vəsait ödəməyib.


Daha sonra prosesdə şahid qismində "Atabank" ASC-nin Bank Olmayan Kredit Təşkilatının əməkdaşı olmuş Rüfət Daşdəmirov ifadə verib. O bildirib ki, "Şahin-Co" şirkətindən kredit ayrılması ilə bağlı banka sifariş daxil olub. Şahidin sözlərinə görə, Zahid Niftəliyev şirkətin dövriyyə vəsaitinin artırılması əsası ilə banka kredit ayrılması üçün müraciət edib.
Hakim deyib ki, şirkətin aylıq dövriyyəsi 10 manat olub, bank dövriyyəsi 10 manat olan şirkətə milyonlarla vəsait ayıra bilərmi?
Şahid vurğulayıb ki, kreditin ayrılması üçün şirkətin aylıq dövriyyəsinin miqdarı vacib deyil. Onun sözlərinə görə, müştəri biznes qurmaq üçün də banka müraciət edə bilirmiş.
Rüfət Daşdəmirovun sözlərinə görə, Zahid Niftəliyevə məxsus "Şahin-Co" şirkətinə 20 milyon dollar kredit ayrılıb:
"Kreditin niyə ayrıldığını bilmirəm. Müştəri bizə müraciət etdikdən sonra yoxlamaya çağırmışdıq. Kredit də yoxlamadan sonra müəyyən olunan meyarlar əsasında ayrılmışdı. Müştərinin ödəmə qabiliyyətinin olub-olmadığını bankın filialı analiz etmişdi. Şirkət kredit ayrılması üçün banka hər hansı bir girov qoymayıb".
Dövlət ittihamçısı şahidə onların girov qoymayan şirkətə milyonlarla vəsaitin necə ayrılması ilə bağlı sual verib.
Rüfət Daşdəmirov cavabında bildirib ki, bu barədə qərarı kredit komitəsinin iclasında bankın idarə heyətinin sədri verib.
Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
O, sözügedən ifadəsində bildirib ki, "Şahin-Co" şirkətinə kreditin ayrılması qanunvericiliyə uyğun olmayıb:
"Şirkət kredit üçün müraciət etdiyi gün təsis edilmişdi. Həmçinin, heç bir girovu yox idi. Qərar qəbul etdik ki, kredit verilməsin. Sonra bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, məsələni kredit komitəsində müzakirə çıxaraq, qalanı onlarlıqdır. Biz "Şahin-Co" şirkətinə kredit verilməsi ilə bağlı hər hansı bir sənədə imza atmamışıq. Kreditlə bağlı məruzəni kredit komitəsində "Atabank"ın filialı edib".
Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin olunub.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum edib.
Bundan başqa Zahid Niftəliyev "Atabank" ASC-dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri