Icma.az
close
up
RU
Neft çıxmayan ərazilərdəki evlər özəlləşdirilsin DEPUTAT

Neft çıxmayan ərazilərdəki evlər özəlləşdirilsin DEPUTAT

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolu binaları ilə bağlı heç bir irəliləyiş yoxdur. Dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik basqıdan qorumaq şərti ilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina söhbətinə son qoyula bilər. 


Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. 
Deputat qeyd edib ki, Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını Sabunçu rayonuna göndərirlər. 
“Avtomobil yolunun üzərində əməlli-başlı bir müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yox, nə yağırsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca  günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər”.


Onun sözlərinə görə, Neft Şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizin qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərinin boş qalmış xeyli hissəsində də artıq neft də çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmanın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq. Halbuki, artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik.


“Ancaq uzun müddətdir burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salinmasına təşəbbüs göstərilir. Aldığım məlumata görə yeni çəkilən Dərnəgül- Sea-Breeze  yolunun Balaxanıya yaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdə tutulur, əlbəttə bu ideyanı alqışlayıram. Eyni parkdan Balaxanı ilə Zabrat arası yolun sol tərəfinə geniş ərazidə salınması imkanlarına baxılmasını da hökumətdən xahiş edirəm. Real olaraq 150 min əhalinin yaşadığı Zabarat qəsəbəsində nümunə göstərməyə bircə park tapa bilməzsən. Həm də bunu dövlətin maliyyə vəsaiti ilə deyil, sahibkarları stimullaşdırmaqla etmək mümkündür” – deyə o sonda qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see458

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see431

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see368

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see225

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see223

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see221

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see211

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see196

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see188

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see180

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see175

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see173

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see169

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see167

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see165

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see164

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see161

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri