Neft Fondu 9 ayda neft qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib EKSKLÜZİV
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,58 milyard ABŞ dolları (7,78 milyard manat) xalis gəlir əldə edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.
Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.
İlin ilk üç rübünün yekunlarına əsasən, həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4 milyard 577,3 milyon ABŞ dolları və ya 7 milyard 781,4 milyon manat deməkdir.
ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















