Icma.az
close
up
RU
Neft Fondunun qızıl portfeli 185 tona çatıb…

Neft Fondunun qızıl portfeli 185 tona çatıb…

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunduğunu bildirib. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyuluşunu artıran Neft Fondunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dollarlıq hissəsini, yəni 32,8 faizini qızıl investisiyaları təşkil edir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

“Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1.7 dəfə artıb. Yarım illik yekunlarında isə artım 1.2 dəfə çatıb. Son 1 ayda isə qızıl 35 faiz bahalaşıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır.

“Trade Economics” təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatlarının həcminə görə Azərbaycan dünyada ilk 25-likdə qərarlaşıb. Ehtiyatların həcminə görə isə ABŞ 8,133 min tonla dünyada birincidir. İlk üçlüyü isə Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) tamamlayır.

Göründüyü kimi, Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Bu isə, iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir”, - Bayramov qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri