Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı

Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və İsrailin İrana hücum etmləri, tanker gəmilərinin zədələnməsi və əsas neft hasilatı regionundan tədarükün (nəqlin) dayanması səbəbindən bazar ertəsi neft qiymətləri 7% artıb.

Marja xəbər verir ki, Brent markalı neft fyuçersləri ABŞ və İsrailin şənbə günü İrana zərbələr endirməsi və İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra ilk fyuçers ticarətində 82,37 dollara qədər yüksəlib ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Brent fyuçersləri 5,5% bahalaşma ilə bir barel üçün 76,89 dollara tcarət edilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti də 4,66 dollar və ya 6,95% bahalaşaraq bir bareli 71,68 dolları görüb.  

ABŞ və İsrail bazar günü Tehrana qarşı yeni zərbələr dalğası həyata keçirib, İran isə daha çox raket hücumları ilə cavab verib. Bu hadisələr şənbə günü Ali Rəhbər Əli Xameneinin öldürülməsindən sonra Yaxın Şərqdə və qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi daha da artırıb.

Hücumlar gəmiləri də risk altında qoyub – raketlərin Körfəz sahilləri yaxınlığında ən azı üç tankeri vurduğu və bir dənizçinin həlak olduğu bildirilib.

İran Hörmüz boğazında naviqasiyanı bağladığını açıqlayıb ki, bu da əsas alıcılar olan Asiya ölkələrinin hökumətləri və neft emalı şirkətlərini ehtiyatları yenidən qiymətləndirməyə vadar edib.

"ANZ"nin analitiki Daniel Hayns qeydində bildirib: “Cavab tədbirləri artıq Hörmüz boğazında neft tankerilərinə hücumlara keçdiyi üçün neft tədarükü ilə bağlı risklər əhəmiyyətli dərəcədə artıb.”

Citi-nin analitikləri davam edən münaqişə fonunda Brent neftinin bu həftə 80-90 dollar aralığında ticarət olunacağını gözləyirlər.

Maks Leytonun rəhbərlik etdiyi analitiklər qeyddə bildiriblər: “Əsas ssenarimiz ondan ibarətdir ki, İran rəhbərliyində dəyişiklik baş verəcək və ya rejimdə müharibəni 1-2 həftə ərzində dayandıracaq qədər dəyişiklik olacaq, yaxud ABŞ İran rəhbərliyində dəyişiklik və İranın raket və nüvə proqramının zəiflədildiyini gördükdən sonra eyni müddətdə gərginliyi azaltmaq qərarı verəcək.”

Münaqişə fonunda OPEC+ bazar günü aprel ayı üçün gündəlik 206 min barel həcmində hasilat artımına razılaşıb.

"RBC Capital"ın analitiki Helima Kroft bildirib ki, Səudiyyə Ərəbistanı istisna olmaqla, OPEC+ istehsalçılarının demək olar hamısı maksimum gücdə hasilat həyata keçirir.

O qeyd edib: “Əgər kritik su yolları fəaliyyətsiz hala gətirilərsə, bazalardakı mövcud ehtiyat neftdən istifadəsi ciddi şəkildə məhdudlaşacaq.”

Son 24 saat ərzində kommersiya daşımaları üçün risklər kəskin artıb. Bazar günü yayılan gəmiçilik məlumatlarına görə, 200-dən çox gəmi – o cümlədən neft və mayeləşdirilmiş qaz tankeriləri – boğaz və ətraf sularda lövbər salıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol bazar günü bildirib ki, qurum Yaxın Şərqdəki hadisələri yaxından izləyir və regiondakı əsas istehsalçılar, eləcə də hökumətlər ilə əlaqə saxlayır. IEA fövqəladə hallarda inkişaf etmiş ölkələrin strateji neft ehtiyatlarının bazara buraxılmasını da koordinasiya edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://marja.az
archiveBu xəbər 02 Mart 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri