Neft kəşfiyyatı zamanı üfüqi istiqamətli qazma sınaqdan keçiriləcək
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Cari ildə Türkiyədə “qara qızıl” laylarının aşkara çıxarılması məqsədilə üfüqi istiqamətli qazma aktiv şəkildə sınaqdan keçiriləcək. Söhbət, xüsusilə şist neftinin kəşfiyyatı üçün yeni quyuların qazılmasının planlaşdırıldığı, ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətinin ərazilərindən gedir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.
Nazirin sözlərinə görə, Diyarbəkirdən gələn müsbət xəbərlər Türkiyənin bütövlükdə enerji xəritəsinə təsir göstərə bilər. Ölkədə qaz hasilatının artımına toxunan A.Bayraktar qeyd edib ki, yeni “Osman Qazi” dəniz platforması sayəsində Qara dənizin Türkiyə sektorunda yerləşən “Sakarya” yatağında hasilatın həcmi iki dəfə artırılacaq.
“‘Osman Qazi’ platforması sayəsində Türkiyənin qazpaylama sisteminə sutkada 9-10 milyon kubmetr mavi yanacaq veriləcək ki, bu da artıq 8 milyon abunənin yerli qazla təmin olunmasına imkan yaradacaq”, - deyə nazir bildirib.
O, istisna etməyib ki, 2028-ci ilə qədər Türkiyədə yerli qazdan istifadə edən abunəçilərin sayı 16-17 milyona çata bilər. “Bu, bizim məqsədimizdir və biz bu hədəfə doğru irəliləyirik”, - deyə A.Bayraktar vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















