Icma.az
close
up
RU
Neft lampası işığında yaranmış partiya

Neft lampası işığında yaranmış partiya

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı tarixi hadisə idi. Ulu öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt… ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın 30 illiyinə həsr edilmiş tədbirdəki çıxışından

Bakı, 21 noyabr 2022-ci il.

1996-cı ilin yazından sıralarında olduğum partiyamızın yaranmasının növbəti ildönümü, keçdiyi yol, məramnamə və nizamnaməsinin reallaşdırılması istiqamətində həyata keçirilən titanik fəaliyyət barədə çox yazılıb, çox danışılıb. Ona görə də bu qısa yazıda həmin məsələlər deyil, hörmətli oxucular üçün daha maraqlı ola biləcək iki məqam barədə fikir bildirməyimiz yaxşı olar.

Birinci, bu sətirləri yazmazdan əvvəl dünyanın tanınmış siyasi partiyalarının bir neçəsinin tarixçəsinə baxmaq istədim. Əlim çatan mənbələrdən öyrəndim ki, bütün partiyaların sənədlərində rəsmi olaraq qeyd edilir ki, bu təşkilat müvafiq məkanda siyasi hakimiyyətə gəlmək üçün yaradılıb. Yeni Azərbaycan Partiyası isə ölkədəki məhvedici ictimai-siyasi proseslərin, xüsusən, vətəndaş müharibəsinin qarşısının alınması, xalqın bəla və məhrumiyyətlərdən xilas edilməsi, ölkənin xaos, anarxiya, hərc-mərclik kimi məhrumiyyətlər girdabından çıxarılması, insanların sabaha inamının tamamilə ölməsinə imkan verilməməsi məqsədilə yaradılıb.

İkinci, istənilən partiya qarşıya qoyduğu vəzifəyə çatmaq, yəni siyasi hakimiyyətə gəlmək üçün onilliklər boyu mübarizə aparmalı olub. Yeni Azərbaycan Partiyası isə ilk (təsis) konfransından cəmi yarımil sonra ölkənin iqtidar partiyası statusuna nail oldu. Halbuki, partiya təsis ediləndə açıq şəkildə bəyan edilmişdi ki, YAP müxalifət partiyasıdır.

Yeri gəlmişkən, YAP dünyanın müxtəlif ölkələrindəki mütərəqqi məramlı siyasi partiyaların hamısı ilə, o cümlədən “dünyanın ən böyük siyasi partiyaları” sıralamasında birinci yeri tutan 104 yaşlı Çin Kommunist Partiyası ilə səmimi dostluq, əməkdaşlıq və tərəfdaşlıq edir. Xatırladaq ki, Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra – 1949-cu ildə inqilab yolu ilə hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. Onu da əlavə edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin 30 il davam etmiş keçmiş Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Elə Azərbaycan da rəsmi Pekinin əsas devizi olan “Vahid Çin” siyasətini dəstəkləyir.

Gündəlikdəki mövzuya dəxli olduğuna görə əlavə edək ki, Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə geniş əlaqələrə malikdir. Partiyalar arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. Yüksəksəviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır.

Təqvimdəki günün mahiyyətinə – Yeni Azərbaycan Partiyasının yaranmasına gəlincə isə, xatırladaq ki, bu siyasi təşkilat məşhur “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılmışdır. Rəsmi mənbələrdə bildirilir ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Bu siyasi qurum 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin Prezident seçilməsi, eləcə də, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Partiyanın sədri 1992–2003-cü illərdə ulu öndər Heydər Əliyev olub. 2005-ci ildən sonra isə sədr Prezident İlham Əliyevdir. Mətbuatın ötən ilin ortalarında yaydığı məlumata görə, Yeni Azərbaycan Partiyasının 740 mindən çox üzvü var.

Dövlət başçımız, eyni zamanda, YAP-ın sədri İlham Əliyev 2022-ci il noyabrın 21-də partiyanın yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirdəki tarixi çıxışında demişdir ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfrans tarixi hadisə idi. Çünki o vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı: “Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.

Bəs həmin yeni səhifələrə geridə qalan 33 ildə nələr yazıldı? Bu sualın cavabı olaraq deyə bilərik ki, Azərbaycan xalqı təkcə məşhur “91-lər”in arzularının çin olmasına şahidlik etmədi. Xalq həm də ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də məhz bütün azərbaycanlılara ünvanladığı tarixi müraciətə layiqli cavab verərək, ölkəmizdə başlanmış tərəqqi və inkişaf tendensiyasını dəstəklədi, Heydər Əliyev siyasi kursuna sədaqət nümayiş etdirdi və bugünkü möhtəşəm, qüdrətli, səsi dünyanın hər yerində eşidilən Azərbaycan dövlətinin yaradılmasına nail oldu.

Ümummilli liderimiz yuxarıda xatırlatdığımız tarixi müraciətində demişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəs sonra nə oldu? Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Yəni İlham Əliyev Prezident seçildi. Dövlət başçımız 2003-cü ildə xalqa söz verdi ki, heç zaman Heydər Əliyev kursundan kənara çıxmayacaq, Ümummilli liderimizin yolundan dönməyəcək. Geridə qalan illərin hadisələri göstərir ki, belə də oldu, Ulu öndərin bütün tapşırıqları, bütün tövsiyələri ləyaqətlə yerinə yetirildi.

Ulu öndərin bütün tapşırıq və tövsiyələri deyəndə, təbii ki, xüsusilə qabardılmalı bir məqam da var. Həmin məqamı dövlət başçımız bu şəkildə xarakterizə edir: “Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi – Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”.

Həmişə üzün ağ, alnın açıq olsun, Azərbaycan! Həmişə sözün kəsərli, fəaliyyətin uğurlu, nüfuzun əbədi osun Yeni Azərbaycan Partiyası! Zəfərlərinin ardı gəlsin, cənab Ali Baş Komandan!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri