Icma.az
close
up
RU
“Neft ucuzlaşmağa davam etsə...” Devalvasiya proqnozu

“Neft ucuzlaşmağa davam etsə...” Devalvasiya proqnozu

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Azərbaycan neft ölkəsidir və iqtisadiyyatı əsasən neft sektorundan asılıdır. Dövlət büdcəsinin təxminən 70 faizi birbaşa və dolayı yolla neft gəlirlərindən maliyyələşir. İxracatın 90 faizə yaxını neft və neft məhsullarının payına düşür. Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının sabitliyi dünya bazarında neftin qiymətindən ciddi şəkildə asılıdır”

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bir sıra ölkələrə qarşı iqtisadi təzyiq siyasəti yürüdür:

 “Kanada, Meksika və Çin onun əsas hədəflərindən biri olub. ABŞ hökuməti Çin məhsullarına qarşı 10 faizlik idxal rüsumu tətbiq edib. Cavab olaraq, Çin də ABŞ-dan gələn məhsullara eyni məbləğdə gömrük rüsumu qoyub. Bundan əlavə, Meksika və Kanada üçün nəzərdə tutulan 25 faizlik tarifin tətbiqi bir ay müddətinə təxirə salınıb. Fevralın 1-də qəbul edilən bu qərar daha çox təzyiq vasitəsi kimi görünür. Tramp administrasiyası Meksika və Kanadadan müəyyən güzəştlər gözlədiyi üçün bu cür addımlar atır. Əvvəlcədən fevralın 4-də qüvvəyə minməli olan tariflər hələlik təxirə salınıb, lakin Çinlə bağlı qərar icra olunmağa başlayıb. Bu cür iqtisadi gərginliklər qlobal bazarlara da təsir edir və dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırır. Azərbaycanın neftdən asılı iqtisadiyyatı üçün isə bu tip dəyişikliklər neft qiymətlərinə təsir edən əsas faktordur”.

İqtisadçının sözlərinə görə, Çin və ABŞ arasındakı qarşılıqlı ticarət məhdudiyyətləri qlobal iqtisadiyyata ciddi təsir göstərəcək:

“Çindən Amerikaya ixrac minimum səviyyəyə qədər azalacaq, eyni zamanda ABŞ-dan Çinə göndərilən malların həcmi də aşağı düşəcək. Bu vəziyyət dünya ticarət dövriyyəsinin azalmasına gətirib çıxaracaq və nəticədə hər iki ölkədə qiymətlərin artmasına səbəb olacaq. Rüsumların tətbiqi nəticəsində Çində Amerika məhsulları, Amerikada isə Çin məhsulları bahalaşacaq. Bunun əsas yükünü isə ABŞ daşıyacaq, çünki Çin ABŞ-a daha çox məhsul ixrac edir.

Bundan əlavə, Donald Tramp neftin qiymətini 40 dollara qədər endirmək niyyətindədir. O, bu məqsədlə Səudiyyə Ərəbistanı ilə müəyyən danışıqlara başlayıb və eyni zamanda ABŞ neft istehsalçılarının hasilatı artırması üçün sifarişlər verib. Trampın bu addımı əsasən Rusiyaya qarşı yönəlib, lakin neftin qiymətinin 40 dollara düşməsi təkcə Rusiyaya deyil, bütün neft ölkələrinə, o cümlədən Azərbaycana da mənfi təsir göstərəcək”.

A.Nəsirli onu da əlavə edib ki,  Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi neft olduğu üçün dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərini azaldacaq:

 “Valyuta ehtiyatlarının azalması fonunda büdcə öhdəliklərini yerinə yetirmək çətinləşəcək və nəticədə devalvasiya riski artacaq. Azərbaycanda devalvasiyanın getməsi məhz neftin dünya bazarında qiymətinin aşağı düşməsindən birbaşa asılıdır. Ona görə ki, neftin qiymətləri aşağı düşəndə Azərbaycanın gəlirləri azalır, valyuta ehtiyatları əriməyə başlayır və nəticədə hökumət büdcəni icra etmək üçün devalvasiya gedir. Azərbaycanın iqtisadi sabitliyi hazırda neftin qiymətinin necə dəyişəcəyindən və bu prosesin nə qədər davam edəcəyindən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ya daha aşağı səviyyəyə düşərsə və uzun müddət bu səviyyədə qalsa, ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yarana bilər. Hazırda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təxminən 12 milyard dollar təşkil edir. Əgər hər ay 600-700 milyon dollar həcmində valyuta hərraca çıxarılsa, bu ehtiyatlar təxminən bir il üç ay ərzində tükənə bilər. Bu isə hökumətin qarşısında mühüm bir seçim qoyur:

Manatı sabit saxlamaq üçün valyuta ehtiyatlarından istifadə etmək – Əgər neftin aşağı qiymətlə satılması bir ildən az davam edərsə, Azərbaycan hökuməti riskə gedib, ehtiyatlardan istifadə edərək milli valyutanı sabit saxlaya bilər.

Devalvasiyaya getmək və ya üzən məzənnəyə keçid etmək – Əgər neftin ucuzlaşması uzun müddət davam edərsə və valyuta ehtiyatları azalarsa, hökumət məzənnəni tənzimləmək üçün devalvasiyaya gedə və ya manatı tam üzən məzənnəyə buraxa bilər. İki çıxış yolu arasında düzgün seçim etmək üçün hökumət neft bazarındakı vəziyyəti dəqiq qiymətləndirməlidir. Donald Trampın iqtisadi siyasəti neft ölkələri üçün faydalı deyil və Azərbaycan da bu prosesdən yan keçə bilməz. Azərbaycanın gələcək maliyyə sabitliyi, neft bazarındakı dəyişikliklərə və hökumətin atacağı addımlara birbaşa bağlıdır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri