Neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 21791:2025 “МАС-30НК sintetik yağ. Texniki şərtlər”, AZS ГОСТ 23258:2025 “Plastik sürtkülər. Adlar və işarələr”, AZS ГОСТ 23652:2025 “Transmissiya yağları.Texniki şərtlər” və AZS ГОСТ 25821:2025 “Maye ПГВ. Texniki şərtlər” yeni dövlət standartlarını qəbul edib.
Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.
Bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.
Qeyd edək ki, yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















