Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
Icma.az, Modern.az saytına istinadən bildirir.
“8 Noyabr – Zəfər Günü”nün altıncı ildönümü ilə əlaqədar Neftçala rayonunda ağacəkmə aksiyası keçirilib. Neftçala şəhərinin Heydər Əliyev prospekti və Bayraq Meydanında baş tutan ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Masdar Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə baş tutan ağacəkmə aksiyası çərçivəsində Neftçala şəhərinin 5 min kvadrat metr ərazisində 2000 ədəd zeytun, 200 ədəd müxtəlif növ şam ağacı tingləri, 300 ədəd oleandr kolları olmaqla ümumilikdə 2500 ədəd ağac və kol əkilib, həmçinin əkilən bitkilərə müvafiq zəruri aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd rayonda yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinə töhfə vermək, atmosferin oksigenlə zənginləşdirilməsinə dəstək olmaq, həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasının əhəmiyyətinə yönəltməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 06 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















