Icma.az
close
up
RU
Neftçalanı 1,2 milyona abadlaşdıracaq şirkətin 154 min vergi borcu var

Neftçalanı 1,2 milyona abadlaşdıracaq şirkətin 154 min vergi borcu var

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyəti abadlıq və mənzil fondunun əsaslı təmir işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, müsabiqənin qalibi "Avtoyoltikintiservis” MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 254 237,76 manatdır. 

Sözügedən şirkət ötən il də Neftçla Rayon İcra Hakimiyyətinin daxili yolların əsaslı təmiri ilə keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 963 234,32 manat olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. "Avtoyoltikintiservis” MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi var. 

Əsasən abadlıq-quruculuq, yolların, mənzil fondunun təmiri işlərini həyata keçiriən şirkətin maddi-texniki cəhətdən hansı imkanlara sahib olduğu bəlli deyil. 

Bununla belə, "Avtoyoltikintiservis” MMC xüsusilə yerli icra hakimiyyəti orqanlarının sevimli şirkətidir. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasələn yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub. 

Neftçala Rayon İcra Hakimiyyəti 2 il ərzində şirkətə 2 622 867,33 manatlıq sifariş verib. 


Yeri gəlmişkən, "Avtoyoltikintiservis” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 154 684,64 manat təşkil edir. 

"Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsində qeyd edilir ki, təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.  

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri