Neftçalanın icra başçısı səyyar görüş keçirdi Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xıllı qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunan abidə ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, qəsəbədaxili yollarda səkilərin təmir olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.





Baxış sayı:51
Bu xəbər 08 May 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















