Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Beştalı kənd sakinləri ilə səyyar görüş keçirib. Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Modern.az xəbər verir ki, öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Beştalı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Rəşadətli Azərbaycan Ordusu xalqımızın güvənc və qürur mənbəyidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ordumuzun maddi-texniki bazasının hər ötən gün artması, Silahlı Qüvvələrimizin silah arsenalına yeni silahların cəlb edilməsi bu gün Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasında qərarlaşdırıb. Bu bir tərəfdən yeni hərbi texnika və silahların alınması ilə bağlıdırsa, digər tərəfdən Ali Baş Komandan cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə əlaqədardır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Çıxışçılar Azərbaycan Ordusunun dünyada ən güclü 50 ordu sırasında olması və ordumuzun gücü haqqında məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Bu gün Azərbaycan Silahlı Qüvvələri  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə – qüdrətli, müasir və döyüş qabiliyyətli bir orduya çevrilib, ordumuzun maddi bazası güclənib, yeni növ silahlar alınıb. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Qələbə məhz bu güclü ordumuzun və xalq-ordu birliyinin nəticəsi idi. RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, kənddaxili yolların təmiri, küçə işıqlanması, yol nişanları və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri