Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şorkənd kəndinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Şorkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Təhsil sahəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr – Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir!” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsili Azərbaycanın inkişafında əsas strateji sahə kimi qiymətləndirib. Onun “Təhsil millətin gələcəyidir” fikri bu sahənin prioritet olduğunu dəfələrlə vurğuladığını göstərir. Ulu Öndərin əsasını qoyduğu təhsil siyasəti bu gün də uğurla davam etdirilir və bu davamlılığın bariz nümunələrindən biri də Heydər Əliyev Fondunun bu sahədəki çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə təhsilə göstərilən diqqət və qayğının ildən-ilə artması barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra, digər sahələrdə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərib. Onun təşəbbüsü ilə yüzlərlə gənc xarici ali təhsil müəssisələrinə göndərilərək ölkəmiz üçün yüksək ixtisaslı kadrlar hazırlanıb. Ulu Öndər tərəfindən əsası qoyulan və strateji istiqamət kimi müəyyənləşdirilən təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamlılığının bariz nümunələrindən biri də Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrdir.

RİH başçısı vurğulayıb ki, Heydər Əliyev Fondu ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verən, bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət göstərən nüfuzlu qurumlardan biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, eləcə də təhsil alanların daha əlverişli şəraitdə tədrisə cəlb olunmasına xidmət edir. Xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin şəhər və kəndlərində yüzlərlə müasir tipli məktəb binası inşa olunur, mövcud təhsil müəssisələri isə əsaslı şəkildə təmir və bərpa edilir. Fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan təhsil və inkişaf mərkəzləri inklüziv təhsilin inkişafına əhəmiyyətli töhfələr verir. Heydər Əliyev Fondunun dəstəyi ilə Neftçala rayonunda yerləşən Xıllı qəsəbə 1 saylı və Bankə qəsəbə 2 saylı məktəbləri yenidən inşa edilib.

Rayon İcra hakimiyyətinin başçısı Qərbi Azərbaycanın memarlıq abidələri ilə zəngin olmasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, İrəvan qalası, Göy məscid, Sərdar sarayı, qədim mədrəsələr, körpülər və karvansaralar bu torpaqlarda Azərbaycan mədəniyyətinin canlı izlərini bu günədək qoruyub saxlayır. Təəssüf ki, zaman-zaman baş verən siyasi hadisələr nəticəsində bu irsimizə qarşı mənimsəmə və məhv etmə cəhdləri də olub. Lakin xalqımız bu abidələrin tarixi və mənəvi dəyərini heç vaxt unutmur. Bu gün də Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur. Orada doğulub ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, Şorkənd və Bala Surra kəndlərinin mavi yanacaqla, Şorkənd məktəbinin digər korpuslarının istilik sistemi ilə təmin olunması, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri, ev sənədləşməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri