“Neftçi” “Azərreyl” ilə bacarmadı
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.
B qrupunda isə MOİK “Murov Az Terminal”a 0:3 hesabı ilə uduzub.
A qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. B qrupunda isə 6 xala malik “Xilasedici” birinci, 3 xalı olan “Murov Az Terminal” ikinci yeri tutaraq yarımfinala yüksəliblər.
Boyabrın 2-də baş tutacaq yarımfinal mərhələsində “Azərreyl” – “Murov Az Terminal” və “Xilasedici” – “Neftçi” görüşləri keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Avqust 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















