“Neftçi” belə oynamamalı idi, amma…”
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində sabah “Dinamo” (Minsk) ilə qarşılaşacaq.
Bakıdakı matçda 2:4 hesabıyla uduzan “ağ-qaralar” mərhələ adlamaq üçün azı 3 qol fərqi ilə qalib gəlməlidir.
Paytaxt klubunun sabiq məşqçisi Novruz Əzimov oyun ətrafında “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Bir oyundan komandaya tam qiymət vermək olmaz. Müdafiəçilər arasında anlaşma, demək olar ki, yox idi. Bu, həm fiziki, həm də taktiki baxımdan zəif cəhətdir. Mövqe seçimi və xətt üzrə bir-birini sığortalamaq kimi məqamlarda ciddi axsamalar var oldu. Doğrudan da, bu, təəssüfləndirici faktdır. “Neftçi” belə oynamamalı idi, amma inanırıq ki, Vernidub komandanı toparlaya biləcək.
– Sizcə, komandada əsas axsayan tərəf məhz müdafiə xəttindəki anlaşılmazlıq idi?
– Yalnız bunu demək olmaz. Heyətə yeni oyunçular dəvət olunub. Hələlik onlardan optimal oyun gözləmək mümkün deyil. Hətta “Qarabağ”ın özü belə hələ tam optimal səviyyəyə çıxmayıb, çünki yeni gələnlərin heyətə uyğunlaşması zaman tələb edən prosesdir.
– Bu vəziyyətdə mərhələni keçmək mümkün olacaq?
– Hamımız arzulayırıq ki, “Neftçi” mərhələni keçsin. Futboldur, hər şey ola bilər. İlk matçdakı əzmkarlıq və mübarizə istənilən səviyyədə deyildi, lakin inanıram ki, cavab görüşündə “Neftçi” öz sözünü deməyə çalışacaq.
Ayxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 29 İyul 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















