Icma.az
close
up
RU
Neftçi bu yarışda rəqiblərinə çətin anlar yaşadacaq Aslan Kərimov

Neftçi bu yarışda rəqiblərinə çətin anlar yaşadacaq Aslan Kərimov

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulub.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb komandalardan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Turniri artıq iki hissəyə bölmək olar. Bunu çempionatdan əvvəl də təxmin edirdim. Yəni potensialına, maliyyə durumuna və dayanıqlığına görə çempionatımızı iki hissəyə bölmək mümkündür. İlk "5-lik"də olan komandalarımız "Sabah", "Qarabağ", "Neftçi", "Turan Tovuz" və "Zirə"dir. Bu komandaların həm keçən çempionatdakı sabit çıxışı, həm maliyyə durumları, həm də oyunçu keyfiyyəti çempionatdan əvvəl bizə əsas verirdi ki, digər komandaların bunlarla mübarizə aparması çətin olacaq. Əlbəttə ki, bu komandalar özləri də bir-biri ilə oynayarkən çətin və maraqlı matçlar izləyəcəyik. Lakin digər komandaların bu ilk beşliyə qarşı oynamaları çox çətin görünürdü. "Sabah" Çempionlar Liqasında çıxış etməsinə baxmayaraq, daxili çempionatda zaman-zaman çətinliklə üzləşsə də, 3 xal qazanmağı bacarır. "Qarabağ" çətin durumda olmasına, böyük oyunçu dəyişikliklərinə getməsinə baxmayaraq, bunun öhdəsindən gəlməyə çalışır. Düzdür, xal itkisinə məruz qaldılar, amma bu "Qarabağ" üçün hələ heç nə demək deyil. Düşünürəm ki, bundan sonra itirdikləri xalların əvəzini çıxa biləcəklər. "Neftçiyə" gəldikdə, yuxarı beşlikdəki görüşlərin birincisində "Zirə"yə məğlub oldular. Amma digər rəqiblərlə topladıqları xallar və böyük hesablı qələbələri ümid verir ki, "Neftçi" bu yarışda rəqiblərinə çətin anlar yaşadacaq".

"Yuxarı beşliyi də iki yerə bölmək olar. İlki çempionluq uğrunda mübarizə aparanlardır. Burada, sözün düzü, iki komandanı, yəni "Sabah" və "Qarabağ"ı görürəm. Çempion olmaq üçün hər cür potensialları var. İkincisi isə Avrokuboklar uğrunda mübarizə aparanlardır. "Turan Tovuz"un bu çempionluq yarışında uğurlu olacağına şübhə ilə yanaşıram. Çünki yığdıqları futbolçular, oyun üslubu və potensialı bizə düşünməyə əsas verir ki, 5-li müdafiə ilə arxada qapanaraq oynamaqla qələbə qazanmaq çətindir. Qərb təmsilçisinin strategiyası daha çox əks-hücumlarda effektivdir. Bu həmlələrlə isə yalnız özündən güclü rəqiblərə qarşı oynaya bilərsən. Lakin "Turan Tovuz"un oyunçu profili dominant oynamağa əlverişli deyil. "Kəpəz"ə qarşı oynayarkən dominant olmalı idilər və bunu etdikdə qapılarında rahatlıqla qol gördülər. Çempionat uzun marafon olduğu üçün bu üslubla çempionluq yarışından qopa bilərlər".

"Zirə" heyətini çox dəyişməyib, amma çempion olmaq üçün potensialı və oyunçu keyfiyyəti o qədər də yüksək deyil. "Neftçi"nin əsl gücünü və çempionluq iddialarını "Qarabağ", "Sabah" və "Turan Tovuz" kimi komandalarla oynayarkən daha dəqiq qiymətləndirmək mümkün olacaq".

"Aşağı pillələrdəki rəqiblər haqqında danışası olsaq, hər hansı bir klubu xüsusi vurğulamaq çətindir. Autsayder kimi hələ qələbəsi olmayan iki komanda var və bunlar "Sumqayıt" və "Araz-Naxçıvan"dır. İndidən onları siyahıdan çıxarmaq düzgün olmaz, amma bu çətinlikdən necə çıxacaqlarını gözləmək lazımdır. "Araz-Naxçıvan" artıq baş məşqçi dəyişikliyinə getdi".

"Digər komandalar "Kəpəz", "Şəfa", "İmişli", "Qəbələ" bir-birinə bab komandalardır. Aşağı-yuxarı eyni büdcəyə və oyunçu keyfiyyətinə malikdirlər. Hər biri bir-birinə qalib gələ və ya məğlub ola bilər. Keçən 6 tur bu barədə hələ dəqiq söz deməyə imkan vermir. Sadəcə, "Şamaxı" digər aşağı pillə komandalarına nisbətən meydanda daha stabil görünür".

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri