Icma.az
close
up
RU
“Neftçi” də uduzdu, “Sabah” da Tura baxış

“Neftçi” də uduzdu, “Sabah” da Tura baxış

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının III turu maraqlı qarşılaşmalarla yadda qaldı. İki turdan sonra itkisiz irəliləyən “Sumqayıt” doğma meydanda büdrəməklə böyük xəyallar qurmağın hələ tez olduğunu göstərdi. “Neftçi” və “Sabah” da bu tur azarkeşlərini üzdü, hər ikisi doğma meydanda məğlubiyyətlə barışdı. “Kəpəz”ə könül verənlər də çətin günlərdən keçir. Həmişə olduğu kimi...

“Sumqayıt” – “Şamaxı” 1:1
Qollar:
Rikardo Apolinario, 63-öz qapısına - Edqar Adilxanov, 75.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov.

“Sumqayıt” yeni mövsümə fırtına kimi başlamışdı. Doğma meydanda “Kəpəz”in daşını daş üstündə qoymayan “gənclik şəhəri”nin təmsilçisi “Azərsun Arena”da da “Qarabağ”ı məğlub etmişdi. Bununla da sumqayıtlı futbolsevərlər xeyli ümidlənmişdi. Amma 3-cü turda sərgilənən oyun və qazanılan nəticə sevinmək üçün hələ tez olduğunu göstərdi. “Sumqayıt” doğma meydanda “Şamaxı”nın üstələyə bilmədi. Baxamayaraq ki, qonaq komandandanın futbolçusu Rikardo Apolinario 63-cü dəqiqədə topu öz qapısına göndərməklə hesabı meydan sahiblərinin xeyrinə açmışdı. Amma bu hesabı qorumaq mümkün olmadı. Qoldan 12 dəqiqə sonra Adilxanov “Şamaxı”nın cavab qolunu vurdu. Qalan dəqiqələrdə qapılara başqa qol vurulmayınca hərəyə bir dəfə fərqlənən tərəflər elə 1 xalla da kifayətlənməli oldular.
Xal itkisinə baxmayaraq, “Sumqayıt” yenə liderlər qrupundadı. Aktivində 7 xalı olan İliçin komandası 2-ci sıranı tutur. 9-cu yerdəki “Şamaxı”nın isə iki xalı var.

“Neftçi” – “Turan Tovuz” 0:1
Qol:
Roberto Olabe, 6.
"Neftçi": 13. Kenan Piriç (k), 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.
"Sumqayıt": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 41. Sergey Samok, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 90. Joarlem Santos, 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdıyev.

Kenan Piriç “Şamaxı” ilə oyunda olduğu kimi “Neftçi”ni “dəfn etdi”. Samir Abasovun böyük ümidlərlə komandaya cəlb etdiyi qapıçı heç cür ümidləri doğrlutmur. Bu dəfə Piriç Olabenin 6-cı dəqiqədə hesabı açmasını donuq baxışları ilə seyr etdi. Hamıya məlumdur ki, “Turan Tovuz” hesabı açdısa, müdafiəyə qapanıb, qapısının toxunulmazlığının qaydasına qalacaq. Bundan sonra çətin ki, Berdıyevin komandasının qapısına yol tapmaq mümkün olsunş Bu dəfə də elə oldu. “Neftçi” onsuz da böyük hücum potensialı ilə öyünə bilmir. “Turan Tovuz”la oyunda da eyni ssenarini izlədik. Xatırladaq ki, üç tur ərzində “Neftçi” rəqib qapılarına cəmi bir dəfə yol tapıb. Həmin epizodda da kapitan Emin Mahmudov penaltidən fərqlənib. “Turan Tovuz”la oyunda hakim penalti təyin etmədiyi üçün “Neftçi” də meydandan qolsuz və xalsız ayrıldı. 
Doğma meydanda məğlubiyyətə üzülən “Neftçi” cəmi iki xal toplayıb ki, bu da ona 12 komanda arasında 10-cu olmağa imkan verir. 6 xallı “Turan Tovuz” isə 4-cü pillədə qərarlaşıb və liderləri təqib edir.

“Zirə” – “Kəpəz” 5:0 
Qollar:
Qismət Alıyev, 13. İssa Cibrila, 33. Junior Martins, 38. Yeqor Boqomolski, 71. David Volkov, 84.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 26. Stefan Aka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 88. Şakir Seyidov, 15. Raul Məmmədov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Adil Şükürov.

Deyəsən, “Zirə” çətin günləri arxada qoydu və avrokuboklardakı uğursuzluqları unutdura bildi. Ötən tur Qəbələ səfərindən 3 xalla dönən qəsəbə təmsilçisi bu dəfə doğma meydanda “Kəpəz”i qəbul edirdi. Obrazlı desək, Gəncə təmsilçisi Zirəyə gəlməyinə peşman oldu. İşin əslində, elə 5:0 hesabı komandalar arasındakı səviyyə fərqinin də göstəricididir. “Kəpəz”in elitanın səviyyəsinə uyğun gəlmədiyini hamı görür. “Zirə” fasiləyə qədər qonaqların qapısına üç dəfə yol tapmaqla onları Zirəyə gəlməsinə peşman etmişdi. Fasilədən sonra daha iki qol vuran meydan sahibləri böyükhesablı qələbəni də bayram etdilər. Çox güman ki, tezliklə “Kəpəz” yeni baş məşqçi axtarışına da başlayacaq. Amma çətin ki, bu dəfə Azər Bağırov onları xilas etməyə gəlsin.
7-ci xalını qazanan “Zirə” turnir cədvəlinin zirvəsində yer alır. Xal üzünə həsrət qalan “Kəpəz” isə sonuncudur.

“Araz-Naxçıvan” – “Qəbələ” 2:1
Qollar:
Ba-Muaka Simakala, 30. Felipe Santos, 33 - Adriel Ba Loua, 9.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Urfan Abbasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 16. İsaak Amoah, 70. Paulo Quimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Araz Naxçıvan” da avrokubokların üzüntüsünü Premyer Liqada unutmağa çalışır. Elə “Zirə” kimi onların da işləri qaydasında gedir. Elmar Baxşıyevin komandası bu tur “Qəbələ”ni özləri üçün doğma saydıqları meydanda qəbul etdilər və qələbə qazandılar. Düzdür, görüşdə hesabı qonaq komanda açdı. Buna da yeni mövsümdə adət etmişik. “Qırmızı-qaralar” hər üç qarşılaşmada hesabı açan tərəf olsalar da, qələbə hesabını qorumaq mümkün olmayıb. Son iki qarşılaşmada isə “Qəbələ” eyni hesabla məğlub olub. “Araz Naxçıvan” da “Zirə” kimi fasiləyə qədər səviyyə fərqini ortaya qoyub, hesabı öz xeyrinə dəyişməyi bacardı. “Araz Naxçıvan”a məğlubiyyətdən qaçmaq üçün 3 dəqiqə kifayət etdi. Elmar Baxşıyevin güvəndiyi legionerlər 30 və 33-cü dəqiqədə “Qəbələ”nin qapısına yol tapmaqla hesabı nominal meydan sahiblərini xeyrinə dəyişdilər. Qalan vaxt ərzində başqa qol olmayınca “Araz Naxçıvan” 2:1 hesablı qələbəyə sevindi.
7 xallı üç komandadan biri olan “Araz Naxçıvan” top fərqinə görə 3-cü pilləni tutur. 1 xalı olan “Qəbələ” isə 11-ci sıradadır.

“Karvan-Yevlax” – “Qarabağ” 0:2
Qollar:
Elvin Yunuszadə, 11-öz qapısına. Emmanuel Addai, 72.
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev  42. İbrahim Qədirzadə 77. Əli Abdullayev 20. Joy Sleyd Mikels 37. Mois Nqvisani, 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 15. Rəhman Şbanov 33. Eltun Turabov 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 10. Samuel Durrant 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov.
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 90. Nəriman Axundzadə 10. Abdullah Zubir 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ”  Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra ağırlığını ölkə çempionatına qoydu. Qurban Qurbanovun güvəndiyi ekspremental heyət Şamaxıda “Karvan-Yevlax”ı problemsiz üstələməyi bacardı. “Qarabağ”ın ilk yarıdakı təzyiqi təcrübəli Elvin Yunuszadənin 11-ci dəqiqədə topu öz qapısına göndərməsiylə nəticələndi. Hücumlarına davam edən “Qarabağ” ikinci hissədə “Karvan-Yevlax”ın qapısına daha bir dəfə yol tapdı. Bu dəfə son vaxtlar tənqid olunan Addai fərqləndi. Nominal meydan sahibləri bu qolların heç birinə cavab verməyi bacarmayınca 0:2 hesablı məğlubiyyətlə də barışmalı oldular.
Bir oyunu ehtiyatda olan “Qarabağ” hazırda 3 xalla 7-ci sırada qərarlaşıb. “Karvan-Yevlax”ın isə aktivində 4 xalı var və bu xal ehtiyatı onlara 6-cı yeri tutmağa imkan verir.

“Sabah” – “İmişli” 0:1 
Qol:
Abbas Ağazadə, 67.
"Sabah": 92. Stas Pokatilov, 10. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 13. İvan Lepiniça, 11. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 77. Nihat Cabbarov, 21. Velko Simiç, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 94. Rafael Vieqaş, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Jorj Kaşkilya.

“Sabah” da “Neftçi” kimi problemlərin məngənəsindən qurtula bilmir. Bu iki komanda sanki ötən mövsüm qaldığı yerdən davam edir. Ötən tura “Şamaxı”nı səfərdə məğlub edən “Sabah” bu dəfə doğma meydanda debütant “İmişli”yə boyun əydi. Aran təmsilçisi onsuz da ilk iki turda rəqiblərinə asan təslim olmamış, “Neftçi”dən 1 xal qoparmağı bacarmışdı. Bu mənada “Sabah”ın da onlara “diş batıra” bilməməsi təəccüblü olmadı. Qarşılaşmdakı yeganə qolu Abbas Ağazadə 67-ci dəqiqədə vurdu. “Sabah” bu qolun əvəzini çıxmağı bacarmayınca görüş elə “İmişli”nin minimal hesablı qələbəsiylə yekunlaşdı. Görünən odur ki, “Sabah” milli komandaların oyunu ilə bağlı yaranan fasilədə problemlərinin üzərində çox çalışmalıdır.
Xalını 4-ə çatdıran “İmişli” 5-ci pillədən irəli boylanır. “Sabah” isə 3 xalla səkkizinci sıradadır.

Amal Abuşov

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see217

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see202

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see152

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see127

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see126

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see121

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see120

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see116

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see115

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri