Icma.az
close
up
RU
“Neftçi”nin qələbəsi dumanda “əldən çıxdı”, “Sabah” Şamaxıdan əliboş döndü Tura baxış

“Neftçi”nin qələbəsi dumanda “əldən çıxdı”, “Sabah” Şamaxıdan əliboş döndü Tura baxış

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXVI turu yetərincə gərgin və maraqlı ab-havada keçdi. “Qarabağ”ın liderliyini bir qədər də möhkəmləndirdiyi turda “Sabah”la “Neftçi”nin də qələbəyə həsrət qalması diqqət çəkdi. Autsayderlər qrupundakı “Səbail”lə “Kəpəz”in də məğlub olması qarşıda bizi daha maraqlı mübarizənin gözləməsindən xəbər verir.

“Araz-Naxçıvan” – “Qarabağ” 1:3 
Qollar:
Felipe Santos, 35 - Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Qırmızı vərəqə: Felipe Santos, 82. 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli. 
Baş məşqçi: Elmar Baxşıyev. 
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Turun açılış oyununda “Qarabağ” “Araz Naxçıvan”ı qəbul etdi. Uzun müddət “Qarabağ”ın ən yaxın izləyicisi olan Naxçıvan təmsilçisi bu qarşılaşmada qələbə qazanmaqla lideri büdrətməyi hədəfləmişdi. Elə görüşdə hesabı açan tərəf də nominal meydan sahibləri oldular. Amma “Qarabağ” toparlanmağı və gedişatı öz xeyrinə dəyişməyi bacardı. Maraqlıdır ki, “köhlən atlar” bu mövsüm “Araz Naxçıvan”a qarşı oyunların üçündə də qələbə qazanıb. Digər rəqiblər Elmar Baxşıyevin çalışdırdığı kollektivlə oyunlarda büdrəsələr də, “Qarabağ” bu çətinliyi hiss etməyib. Ağdam təmsilçisinə vacib 3 xal qazandıran qollara Nəriman Axundzadə, Andrade və Addai imza atdı. Nəriman fasilə ərəfəsində fərqlənməklə komandasına psixoloji üstünlük də qazandırdı. Gerisini gətirmək ikinsi hissədə çətin olmadı. Bu qarşılaşmanın daha bir diqqətçəkən məqamı 82-ci dəqiqədə futbolçular arasında yaşanan gərginlik oldu ki, qalmaqalın mərkəzində yer alan Santos qırmızı vərəqə ilə meydandan qovuldu.
Xalını 63-ə çatdıran “Qarabağ” turnir cədvəlinə inamla liderlik edir. “Araz Naxçıvan” isə 46 xalla 3-cü sırada yer alır.

“Şamaxı” – “Sabah” 1:0 
Qol:
Edqar Adilxanov, 30
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
“Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Jesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Rusiyalı çalışdırıcı Berezutski qısa müddət ərzində ikinci dəfə Şamaxıdan məyus qayıtdı. Onun komandası iki ay yarım ərzində ikinci dəfə “Şamaxı”ya uduzdu. Şamaxıdakı görüşün ilk dəqiqələrində qonaq komanda bir qədər fəal görünsə də, Ayxan Abbasovun yetirmələri tezliklə özlərini əsl meydan sahibi kimi aparmağa başladılar. Elə vurulan qol da oyunun məntiqi axarına uyğun idi. Adilxanov kapitan Rafael Məhərrəmlinin gözəl asmasını başla tora qovuşdurdu. “Sabah” oyun ərzində heç düz-əməlli təhlükəli vəziyyət də yarada bilmədi. “Şamaxı” isə ikinci hissədə daha bir qol vura bilərdi. Ümumilikdə rəqibindən daha yaxşı oynayan meydan sahibləri layiqli qələbə qazandılar.
“Şamaxı” bu qələbə sayəsində xalını 27-ə çatdırdı. 7-ci pillədə qərarlaşan əyalət təmsilçisinin Premyer Liqanı tərk etmək təhlükəsini atlatdığını demək mümkündür. “Sabah” isə 34 xalla beşincidir. Masazır təmsilçisi üçün də avrokubok xəyalları başa çatmaq üzrədir.

“Zirə” – “Səbail" 1:0
Qol:
Ruan Renato, 90+5
Qırmızı vərəqə: Suleyman Alluş, 73
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Səbail”: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali.
Baş məşqçi: Cavid Hüseynov.

“Zirə”nin işləri qaydasında gedir. Sözsüz ki, qazanılan nəticələr çəkilən zəhmətin, düzgün transferlərin və baş məşqçi işinin nəticəsidir. Düzdür, “Zirə” “Səbail”i çətinliklə məğlub etdi. Amma oyunun gedişatı elə idi ki, meydan sahiblərinin üstünlüyü hiss edilirdi. “Səbail” inamla müdafiə olunsa da, qəsəbə təmsilçisinin qələbə qolunu vurması an məsələsi idi. Həmin an da 95-ci dəqiqədə yetişdi. Renat künc zərbəsindən sonra qızıldan qiymətli qolu vurdu. Məhz onun qolu sayəsində “Zirə” vacib qələbə qazandı.
Artıq “Zirə” “Qarabağ”dan başqa bütün rəqiblərini geridə qoyub. Gedişat qəsəbə təmsilçisinin mövsümü gümüş medalla tamamlamağa yaxın olduğunu göstərir. İkinci pillədəki “Zirə”nin aktivində 51 xal var. Sonuncu pillədən qurtula bilməyən “Səbail” isə 18 xal toplayıb.

"Sumqayıt" – "Kəpəz" 3:0 
Qollar:
Roi Kehat, 20; 51. Nihat Əhmədzadə, 90+3.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
“Kəpəz”:
1. Rojerio Santos, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.

11 oyundur qol vura bilməyən “Sumqayıt” “qol orucu”nu pozdu. Özü də artıqlamasıyla. “Gənclik şəhəri”nin təmsilçisi “Kəpəz”in qapısına üç cavabsız qol vurmağı bacardı. Kehat “dubl” müəllifi oldusa, daha bir qolu gənc Nicat Əhmədzadə son saniyələrdə “Kəpəz”in qapısından keçirdi. Bununla da “Sumqayıt”ın “tilsimi” qırdığını deyə bilərik. Həftələrdir “Kəpəz”lə oyunda hər şey düzələcək” deyən Vaqif Cavadov da haqlı çıxmış oldu.
3:0 hesablı qələbə sayəsində psixoloji gərginlikdən qurtulan “Sumqayıt” 25 xalla 8-ci pillədə qərarlaşıb. 22 xalı olan “Kəpəz” isə “Sumqayıt”dan bir pillə geri qalır.

“Neftçi" – "Turan Tovuz" 1:1 
Qollar:
Bassala Sambu, 87 - Hayderson Hurtado, 90+5
Qırmızı vərəqə: Emmanuel Hakman, 18 ("Turan Tovuz")
"Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
“Turan Tovuz”: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Kurban Berdiyevin dediyi kimi, “Turan Tovuz” əsl xarakter nümayiş etdirdi və “Neftçi” ovcunun içində olan qələbəni əldən verdi. Qələbə qazanmaq üçün cəmi bir neçə saniyə dözmək lazım idi. Sıx duman səbəbindən o qədər də baxımlı olmayan qarşılaşmada hər şey “Neftçi”nin xeyrinə idi. Rəqib hələ birinci hissədə azlıqda qalmaqla meydan sahiblərinin say üstünlüyü qazanmasına şərait yaratmışdı. Bu üstünlük 87-ci dəqiqədə öz bəhrəsini verdi və Sambu topu Tovuz təmsilçisinin qapısından keçirdi. “Neftçi” azarkeşləri qələbəni bayram etməyə hazırlaşarkən “ağ-qaralar” əsl şok yaşadı. Hurtado cavab qolunu əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə vurdu. Bununla da hərəyə bir qol vuran tərəflər elə 1 xalla da kifayətləndilər.
Xalını 28-ə çatdıran “Neftçi” 6-cı yerdə qərarlaşıb. İlk “üçlüyü” təqib edən “Turan Tovuz” isə 43 xalla 4-cüdür.

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:403
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Mart 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri