Neftçi dən azarkeşlərə İstanbul bileti
Icma.az bildirir, Apasport portalına istinadən.
“Neftçi” yeni kampaniyaya start verib.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-da “Sabah”a qarşı keçiriləcək ev oyununa onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq.
İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeş aviabilet qazanmaq şansı əldə edəcək. Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır, biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.
Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu sosial şəbəkələrin hekayə bölməsində paylaşılacaq.
Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək. Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər.
Onlayn biletləri https://bilet.neftchi.az saytından və “Neftçi”nin mobil tətbiqindən əldə etmək olar.
Tribunadakı yerin bu dəfə səni İstanbula apara bilər!
“Kəpəz”dən yeni sponsorluq müqaviləsi Əvəzedicilər Liqası: V turun oyun cədvəli açıqlanıb İvan Toni məhkəmədə günahını qəbul etmədi "Qarabağ" "Zirə" ilə qarşılaşacaq "Neftçi" yoxlama matçı keçirəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















