İsmayıllının dağ kəndində qaz problemi “Azəriqaz” məsələyə münasibət bildirdi
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsmayıllı, 16 noyabr, AZƏRTAC
İsmayıllı rayonunun Balik kəndinin sakinləri illərdir təbii qaz problemi ilə üz-üzədir.
Onlar AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1990-cı illərədək bu kənddə mavi yanacaq olub. Həmin vaxtdan bəri təbii qazın olmaması onlar üçün çətinliklər yaradır.
Kənd sakini Ağa Mirzəyev deyir ki, soyuq hava və qar mayın ortalarınadək davam edir. 69 yaşlı pensiyaçı qarşıdakı ayların çətin keçəcəyini söyləyir.
Təbii qazın olmaması ən çox qadınlara təsir edir. Yemək və çörək bişirmək, evi isti saxlamaq üçün hər gün ocaq qalamaq lazım gəlir. Şuşaxanım İsayeva səhərlər uşaqları məktəbə yola salmaq üçün ilk işlərinin ocaq qalamaq olduğunu deyir. Balon qazı bitəndə isə vəziyyət daha da çətinləşir. Sakinlər qazın olmaması ilə yanaşı, odun tədarükü zamanı da çətinliklərlə üzləşdiklərini vurğulayırlar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qazlaşdırılmayan kəndlərin və yeni yaşayış massivlərinin təbii qazla təmin edilməsi qurumun gündəliyindədir. Bu istiqamətdə işlər daxili maliyyə imkanları nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. Balik kəndinə gəldikdə, yaşayış məntəqəsinə qaz xətlərinin çəkilməsi məsələsinə növbəti mərhələlərdə baxıla bilər.
Müxbir- Rəşad Rəşidov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Noyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















