Gülüstan Əliyeva illər sonra “Leyli” ilə qayıtdı
Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Opera Studiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri “Leyli və Məcnun” operası təqdim olunub.
Teatrdan OLAY-a bildirilib ki, ikipərdəli, beşşəkilli opera Əməkdar artist Gülüstan Əliyevanın səhnə fəaliyyətinin 30 illiyinə həsr edilib.
Tamaşada Leyli obrazını Əməkdar artist Gülüstan Əliyeva, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırdı. Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Afaq Ağayeva, Məcnunun atası rolunda Əməkdar artist Təyyar Bayramov, anası rolunda Humay Məmmədova çıxış etdilər. İbn Salam obrazını Fuad Əzizzadə, Nofəli Əməkdar artist Cahangir Qurbanov, Zeydi Nəzər Bəylərov, Şeyxi isə Xəyal Hüseynov ifa edib.
Operanın dirijoru və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə oldu. Solo tarda müşayiəti Əməkdar artist Elxan Mansurov həyata keçirib.
Tamaşanın xüsusi əhəmiyyəti isə Azərbaycan opera sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar artist Gülüstan Əliyevanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunması ilə bağlı idi. Leyli obrazının ifası ilə tamaşaçılara bir daha öz sənət ustalığını nümayiş etdirən sənətkarın yubileyi teatrın sənət ənənələrinə və milli opera irsinə verilən dəyərin ifadəsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Noyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















