Qum çınqılın qiyməti artacaq Yeni qərar
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 30-dan Bakı–Quba–Rusiya sərhədi avtomobil yolunda yük maşınlarının çəkisinə yeni elektron tərəzi ilə nəzarət ediləcək.
Tərəzi M-1 magistralının 191,3-cü kilometrində, Qusar rayonunun Samur qəsəbəsi ərazisində, Bakı istiqamətində quraşdırılıb.
Elektron tərəzi yük maşınlarının icazə verilən çəki həddinə əməl edib-etmədiyini avtomatik yoxlayacaq. Həddin aşıldığı aşkar edilərsə, məlumat real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək və inzibati tənbeh barədə elektron qərar çıxarılacaq.
Elektron tərəzilər yol örtüyünü qorumaq, yolların istismar müddətini uzatmaq və hərəkət təhlükəsizliyini artırmaq məqsədilə mərhələli şəkildə quraşdırılır. Daşıyıcılardan nəqliyyat vasitəsinin ölçülərinə, ümumi çəkisinə və yüklə birlikdə oxa düşən kütləyə dair tələblərə əməl etmələri istənilir.
Nəzərə alaq ki, qum-çınqıl əsasən Şimal bölgəsindən paytaxta daşınır. Bu da o deməkdir ki, növbəti ildən Şimal bölgəsindən daşınan tikinti materiallarının qiyməti artacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, normadan artıq yük aparan maşınlar yolların tez sıradan çıxmasına səbəb olur:
“Məsələnin ciddiliyini nəzərə alıb müvafiq qurumlar yollarda elektron tərəzi quraşdırırlar. Təbii ki, yeni tələb maşınların normadan artıq yüklənməsinin qarşısını alacaq. Amma əvvəlkindən daha az yük daşıyan avomobil sahibi də maya dəyəri sabit saxlamaq üçün qiymətləri qaldıracaq. Ola bilsin ki, qiymətlər həmən qalxmasın. Lakin tədricən bu faktor daşınma xərclərinə öz təsirini göstərəcək və bu istiqamətdən gələn yüklərin qiyməti artacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















