Neftçi İK futzal klubunda dəyişikliklər olub
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran "Neftçi" İK yay transfer dövründə heyətində dəyişikliklər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyən "ağ-qaralar" Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıb.
Əvəzində "Baku Fire"dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb ediliblər. Yerli futzalçılarla bərabər, legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.
Yaxın günlərdə bir neçə oyunçunun da komandaya qoşulacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Avqust 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















