Icma.az
close
up
RU
“Neftçi” məktəbinin çempion Arazı… tələbə idmançı nələr danışdı? Foto

“Neftçi” məktəbinin çempion Arazı… tələbə idmançı nələr danışdı? Foto

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan çempionu, hazırda Naxçıvan Dövlət Universitetində məşqçilik təhsilini davam etdirən, “Neftçi” klubunda bir sıra yerli və beynəlxalq yarışlarda uğurlu çıxışlar etmiş istedadlı futbolçu Araz Teyyublu Tribunainfo.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Futbola necə həvəsin yarandı, harada və neçə yaşında futbol oynamağa başladın? Özün haqqında qısa məlumat…

-Uşaq yaşlarımda televiziyada futbol matçları verilirdi. Mən də həvəslə televizorun önündə oturub futbola baxırdım. Daha sonra, bir gün pəncərədən baxanda gördüm ki, uşaqlar həyətdə, qapının önündə futbol oynayırlar. Mən də aşağı düşüb, onlara qoşulub futbol oynamağa başladım.

– Səni kim kəşf etdi və futbolun sirlərini öyrətdi? İlk məşqçin oldumu, olubsa kimdir?

-İlk məşqçim Emin Salmanov olub. 9 yaşım olanda fərdi məşqlər keçirirdi. Daha sonra 12 yaşım olanda məni “Neftçi” PFK akademiyasına dəvət etdi. Və 12 yaşlardan ibarət akademiyanın üzvlərinə qoşulub məşqlərə başladım. Daha sonra komandanın üzvü olub rəsmi müqavilə imzaladım.

– “Neftçi” kimi bir flaqman komandanın şərəfini qorumaq və formasını geyinmək necə bir hiss idi?

– Təbii ki, “Neftçi” kimi futbol klubunun şərəfini qorumaq özü bir qürur və şərəf hissi verirdi. Onun formasını geyinmək, formasının üzərindəki loqonu daşımaq böyük bir məsuliyyət tələb edirdi. Gözəl bir hissdir. Sən anlayırsan ki, bu klub bir futbol məktəbidir və buradan kimlər gəlib keçib, kimlər onun formasını geyinərək bu şərəfə layiq olub. Yəni “Neftçi”nin veteran və əfsanəvi futbolçularını xatırlayanda, adam özü də fəxarət hissi keçirirdi ki, nə vaxtsa belə bir klubda olmuşam. Yəni Bonişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Panomaryov kimi oyunçusu olan komanda da mən də zamanında oynadığıma görə qürurlanıram.

-Məşqçinin tələblərini yerinə yetirməkdə çətinliklər olurdumu?

-Əlbəttə, məşçinin verdiyi tələblər, məşqlər, çətinliklər olurdu. Amma buna baxmayaraq əlimizdən gəldiyi qədər yerinə yetirməyə çalışırdıq və yerinə yetirirdik. Hər işin öz çətinliyi var. Amma gərək sevgi və həvəs ola. Peşəkar səviyyəyə çatana qədər üzərində dayanmadan, yorulmadan işləməlisən. Yəni futbolçu olmaq istək və seçimdir. Bunu kimsə sənə məcbur edə bilməz. Əgər “qab”da nəsə yoxdursa, məşqçinin tapşırıqlarının heç bir faydası olmayacaq. Ona görə özün üçün gecə-gündüz çalışmalısan.

– Hansı turnirlərdə iştirak etmisən?

– 12 yaşımda “Neftçi” PFK-nin 12 yaşlılardan ibarət komandası Türkiyənin İzmir şəhərində keçirilən “İzmir cup” adlı bir turnirə dəvət almışdı. Orada Avropanın top klubları və həmyaşıdlarımız iştirak edirdi. Biz də o turnirə qoşulduq və Azərbaycanı layiqincə təmsil etdik.

-Erkən yaşlarında ölkə çempionu olmağın hansı məsuliyyətli tərəfləri vardı?

-İnsan qarşısına qoyduğu məqsədə, uğura nail olduqda necə bir şərəf və qürur hissi keçirirsə, məndə də elə idi. Qarşıma məqsəd qoymuşdum və həmin o məqsədə 12 yaşımda nail oldum. Bunun özü elə sevinc, xoşbəxtlik və qürur hissi idi.

-Səncə, ölkəmizin futbol komandalarından hansı daha güclüdür?

-Uşaq yaşlarımdan “Neftçi” PFK akademiyasının üzvü olaraq demək istərdim ki, mənim üçün Azərbaycanda bir nömrəli klub varsa, o da “Neftçi”dir.

-Dünya futbol komandalarından hansı ulduzu sevirsən və xüsusi azarkeş etdiyin komanda varmı?

-Uşaq yaşlarımdan həmişə televizorda və ya internetdə Braziliyanın ulduzu Neymarı izləyirdim. Həmişə internetdə ona baxaraq içimdə bir inam artırdı. Uşaqlıqdan bəri “Barselona” komandasına azarkeşlik edirəm.

– Təhsil aldığın Naxçıvan Dövlət Universitetinin futbol komanda heyətində də Naxçıvanın 100 illiyinə həsr edilmiş tələbələr arasında mini futbol çempionatının qalibi oldunuz. Necə təəssürat yaratdı?

-Oxuduğum universitetin tələbəsi olaraq çox xoşbəxtəm və mini futbol üzrə futbol çempionatında 1-ci yeri tutduğumuza görə, Naxçıvan Dövlət Universitetinin rektoru və fakültəmizin dekanı, futbol məşqçilərimizi, komanda yoldaşlarımızı təbrik edirəm və təşəkkürlərimi bildirmək istəyirəm. NDU-nin heyətində mini futbol üzrə 1-ci yer tutmaq insana qürur və şərəf hissi verir. Buna nail olduğumuz üçün çox xoşbəxtəm.

-Universitetdə təhsili necə mənimsəyirsən? Hazırda məşqlərini harda edirsən, necə uzlaşdırrsan? Boş vaxtlarında nə ilə məşğul olursan?

-Universitetdə müəllimlərimiz bizə çox yaxşı təhsil verirlər və yaxşı mənimsəyirik. Boş vaxtlarımda futbolla məşğul oluram. Dərsdən əvvəl futbol məşqlərimiz olur. Burada da üzərimdə çalışıram, məsuliyyətli olmaq birinci dərəcəli işimdir. Naxçıvan Dövlət Universiteti bizə yaxşı şərait yaradıb, talantı olanlara xüsusi dəstək verilir. Bunun üçün ayrıca minnətdarlıq edirəm.

-Ölkəmizin futbol həyatına nə arzu edərdin?

-Ölkəmizin futbal həyatına çoxlu qələbələr, nailiyyətlər, çempionluqlar arzu edirəm. Avropa və dünya turnirlərində böyük nailiyyətlərlə iştirak etmələrini istəyirəm.

-Azərbaycan futbolunun dünyada uğur qazanması üçün hansı addımlar atılmalıdır səncə?

-Azərbaycan futbolunun dünyada uğur qazanması üçün uşaq yaşlarından akademiyalara önəm verilməlidir. Nə qədər ki, ölkənin öz cavan yaşlı oyunçuları irəli getsə, inkişaf etsə bir o qədər də futbol ölkədə inkişaf edəcək. Yəni, öz gənclərimizə üstünlük verməyi məsləhət görürəm. Bununla da ölkədə futbol inkişafı daha tez baş verər və çoxlu uğurlar qazanmaq olar.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri