Neftçi nin sınaqçı rəqibinin adı bilindi Yeni transferin də komandaya qoşulacağı gözlənilir
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının 11-ci turunda "Azərsun Arena"da "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Neftçi"nin millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 9-da baş tutan Azərbaycan derbisindən sonra istirahət edən "ağ-qaralar" bu gün məşqlərə başlayacaqlar.
Baş məşqçi Samir Abasov Bakı təmsilçisini günün ikinci yarısında "Palms Sport Futbol Mərkəzi"ndə bir araya gətirəcək. Yeri gəlmişkən, Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi İdrissa Dumbianın yaxın vaxtlarda "Neftçi"yə qoşulacağı gözlənilir. Əslində, 27 yaşlı legioner paytaxt klubu ilə əvvəldən razılığa gəlib. Onun keçidinin indiyədək tam şəkildə həllini tapmamasının səbəbi sənədləşmə məsələləri ilə bağlıdır. Görünən budur ki, tərəflər artıq Dumbia ilə bağlı bütün problemləri aradan qaldırıblar.
Onu da qeyd edək ki, "Neftçi"fasilənin sonlarına yaxın əvəzedici komandası ilə sınaq oyunu keçirməyi planlaşdırır.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















