“Neftçi” qələbə qazandı
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə Misli Premyer Liqasında XIX tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edib.
Görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra 27 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
Baxış sayı:112
Bu xəbər 10 Fevral 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















