“Neftçi” qızıl xallar itirir, sonra bunun acısını çəkə bilərlər”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasında II tur başlayıb. Son çempion “Qarabağ” azarkeşləri önündə “Sumqayıt”a minimal hesabla məğlub olub, “Neftçi” isə “İmişli” ilə qolsuz heç-heçə edib.
Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyunları dəyərləndirdi:
İki oyunda da gözlənilməz nəticələr oldu. “Qarabağ” və “Neftçi” iddialı klublardır və hamı qələbə gözləyirdi. Çempionatın əvvəli bu hallar təəccübləndirməməlidir. 3-4 tur belə nəticələr ola bilər. “Qarabağ”ın əsas diqqəti Çempionlar Liqasındakı “Ferentsvaroş”la oyundadır. Buna baxmayaraq, “Sumqayıt”ın da əzmkarlığını, istəyini qeyd etmək lazımdır, haqlarını yemək olmaz”.
“Neftçi”də hiss olunur ki, komandanın oyunu hələ oturmayıb. Üstəlik meydança amili, rəqibin istəkli olması nəticəyə təsir etdi. “Neftçi” qızıl xallar itirir, sonra bunun acısını çəkə bilərlər”.
Şahin Cəfərov
Baxış sayı:54
Bu xəbər 23 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















