“Neftçi” rəhbərliyi təəccübləndi: Yeni baş məşqçi imtina etdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub klub rəhbərliyini təəccübləndirib.
Ölkə.Az xəbər verir ki, dekabrın 9-da 1,5 illik müqaviləyə imza atmış ukraynalı onun üçün Bakının mərkəzində kirayələnmiş mənzilə köçməkdən imtina edib. 59 yaşlı mütəxəssis həmçinin gündəlik xidmət üçün nəzərdə tutulmuş maşına ehtiyac duymayıb. Bu barədə Sportinfo yazıb. Təcrübəli sükançı bildirib ki, o və köməkçiləri klubu artıq xərcə salmaq fikrində deyil. Onlar Bakıxanov qəsəbəsində yerləşən bazada qalacaqlar.
Vernidub deyib ki, hazırda komandada işləri kifayət qədər çoxdur, harasa getməyə, istirahət etməyə vaxtları yoxdur.
Bir zamanlar "Şerif" ilə Çempionlar Liqasının həyacanını yaşamış məşqçi qeyd edib ki, bazada hər cür şərait mövcuddur və "Neftçi" rəhbərliyinin qayğısı ona kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 10 Yanvar 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















