“Neftçi” Samir Abasovun yayılan videosunun silinməyini istəyib? FOTO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasının XI turunda baş tutan “Qarabağ” - “Neftçi” oyunundan sonra Samir Abasovun hakimlərlə davranışını yayımlayan Sportlife.az saytı ilə paytaxt klubu arasında gərginlik yaşanıb.
İdman.Biz xəbər verir ki, bu iddia ilə Sportlife.az saytının baş redaktoru Mirələm Həsənli öz “Facebook” hesabında çıxış edib.
O, “Neftçi”nin mətbuat xidməti tərəfindən təzyiqlə üzləşdiyini iddia edib:
“Neftçi” klubunun noyabrın 9-da “Qarabağ”a qarşı keçirdiyi oyundan sonra komandanın baş məşqçisi Samir Abasovun hakimə qarşı etik normalara zidd ifadə işlətməsi təsadüfən əməkdaşımız tərəfindən lentə alınıb və bu fakt ictimai maraq daşıdığı üçün yayımlanıb.
Sözügedən video hər hansı manipulyasiya, şəxsi maraq və ya qərəz məqsədi daşımırdı. Məqsəd idmanda davranış mədəniyyətinə diqqət çəkmək və sağlam idman mühitinin qorunmasına töhfə vermək idi. Daha sonra videonun silinməsi barədə mənə klubun mətbuat katibi tərəfindən “WhatsApp” üzərindən müraciət olunub. Lakin mən baş redaktor olaraq peşə borcuma və jurnalist etikasına sadiq qalaraq bu təklifdən imtina etmişəm.
Bundan əlavə, ötən ilin dekabr ayında klubun media üzrə koordinatoru Rüstəm Əfsərli tərəfindən mənə “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adının hazırladığım materialdan çıxarılması ilə bağlı qeyri-peşəkar xarakterli xahiş edilib və o zaman da imtina etmişəm. Bu kimi müdaxilə cəhdləri də jurnalist fəaliyyətinə təsir göstərmək təşəbbüsü kimi qiymətləndirilməlidir”.

Xatırladaq ki, AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu cəzalandırıb. Buna səbəb mütəxəssisin Misli Premyer Liqasının XI turunda “Qarabağ”la keçirilən matçdan sonra hakimi təhqir etməsi olub. Baş məşqçi dörd oyunda komandasının yanında ola bilməyəcək. Klub isə 10 000 manat cərimə edilib.
Məlumat üçün əlavə edək ki, hələlik "Neftçi" rəhbərliyi Sportlife.az saytı tərəfindən dərc edilən materialı hələlik şərh etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















