Neftçi və İmişli komandaları cərimələnib
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Reyting.az-ın məlumatına görə, toplantıda Misli Premyer Liqasının XXIV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
“İmişli”-“Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə meydan sahibləri 5000 manat cərimə edilib.
“Qəbələ”-“Neftçi” oyunu ev sahibi komandanın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimələnib. Həmin matçda“Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə ödəyəcək.
Baxış sayı:97
Bu xəbər 17 Mart 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















