Icma.az
close
up
RU
“Neftçi”də maaş niyə “Qarabağ”dan yüksəkdir? KONKRET

“Neftçi”də maaş niyə “Qarabağ”dan yüksəkdir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nın maaş büdcəsinin “Qarabağ”dan yüksək olması ilk dəfə deyil. Ötən mövsümdən əvvəlki hesabatda da hər iki klubun maaş büdcəsi təxminən bərabər idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında idman yazarı, aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib. O bildirib ki, “Neftçi”nin etdiyi əcnəbi transferlərin əksəriyyəti Avropada heç kimə lazım deyil:

“Neftçi” tez-tez baş məşqçilərini dəyişir. Hər dəfə dəyişiklik olduqda, komandaya çox sayda legioner gətirilir. Bu legionerlərin əksəriyyəti heç əsas heyətə belə düşə bilmir. Həmin legionerlərin Avropada illik maaşı 50 min dollardan artıq deyil. Amma onlara təklif edirlər ki, siz Azərbaycana gəlsəniz, illik 300 min dollar verəcəyik. Futbolçunu həmin maaşa gətirib ehtiyatda saxlayırlar və 150 min dolları ona verirlər”.

N. Muxtarlı vurğulayıb ki, “Neftçi”nin son transferi Vinsent Abubakarın kluba heç nə verməyəcəyi əvvəldən bəlli idi: “O, aşağı maaşa Azərbaycan çempionatına heç vaxt gəlməzdi. “Neftçi”də bu proses illərdir davam edir. Samir Abbasovdan sonra komandanın sükanı arxasına Yuri Vernidub gəldi. O da öz heyətini qurmaq üçün yeni transferlər tələb edəcək. “Neftçi” illərdir ki, belə idarə edilir”.

Tanınmış futbol mütəxəssisi Şahin Diniyev isə deyib ki, “Neftçi”də stabilliyin olmaması oyun performansına da öz təsirini göstərir:

“Futbolda hər şeyi pul həll etmir. Düzgün iş istiqaməti tutmaq da çox vacibdir. Söhbət maliyyəni necə düzgün xərcləmək lazımdır, bundan gedir. “Neftçi”də keçən il çoxlu sayda futbolçuların göndərilməsi və transferi baş tutdu. Ola bilsin ki, seleksiya prosesində yanlışlığa yol verilib. Misal üçün, “Qarabağ” ötən mövsüm ərzində 25 futbolçu oynadıbsa, “Neftçi” heyətinə 10-12 yeni futbolçu cəlb edərək, avtomatik olaraq, oyunçu sayını artırıb. Transfer etmək üçün maliyyənin olması çox önəmlidir. Ancaq nöqtə transfer edilməsi üçün bəzən ardıcıl bir neçə futbolçu almalı olursan. Bu isə sənin maliyyənin azalmasına gətirib çıxarır. Stabil heyət, stabil oyun, stabil nəticə deməkdir. Düşünürəm ki, axır illər “Neftçi”də stabilliyin olmaması oyun performansına da öz təsirini göstərir. Futbolçu və məşqçi seçimləri düzgün idarəetmənin üzərində olmalıdır. “Qarabağ”ın isə illərdir stabil olması uğurlu nəticələrin əldə edilməsini təmin edir”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb. Hesabata əsasən, “Neftçi” heyətindəki futbolçulara 18 milyon 287 min 111 manat, “Qarabağ” isə 13 milyon 878 min 800 manat məvacib ödəyib. Bakı klubunun Ağdam təmsilçisindən daha çox vəsait xərcləyərək, heç bir ciddi uğur əldə edə bilməməsi ciddi tənqidlərə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri