“Neftçi”də türkiyəli mütəxəssis işə başladı: Burçin Keskin komanda ilə görüşüb
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” futbol klubunda yeni təyinat reallaşıb. Klubda hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsinə gətirilən Burçin Keskin bu gün əsas komanda ilə ilk görüşünü keçirib.
İdman.Biz klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, türkiyəli mütəxəssis məşqçilər korpusu və futbolçularla bir araya gələrək onlara oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən yeni tövsiyələr və meydandakı mübahisəli məqamlar barədə ətraflı məlumat verib.
Burçin Keskin futbol fəaliyyətinə hakim kimi başlayıb, daha sonra isə referilərin təlimi və inkişafı istiqamətində ixtisaslaşıb. O, uzun illər Türkiyə Futbol Federasiyasının (TFF) strukturunda müxtəlif məsul vəzifələrdə çalışıb. Təcrübəli mütəxəssis Azərbaycan futboluna da yad deyil; belə ki, o, 2022-2023-cü illərdə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi funksiyasını yerinə yetirib.
Baxış sayı:134
Bu xəbər 08 Mart 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















