“Neftçi”dən açıqlama: “Onların vəziyyəti bizi maraqlandırmır”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Son iki qələbədən sonra komandada əla ab-hava hökm sürür. Bundan sonra bizə ardıcıl qələbələr lazımdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Alessio Kurçi deyib.
23-cü turda öz meydanında “Turan Tovuz”a boyun əyən (0:1) “ağ-qaralar” növbəti görüşdə “Qəbələ”ni 3:1, “İmişli”ni 6:0 hesabı ilə məğlub etməyi bacardı.
Lüksümburqlu xal ehtiyatını artırmaq üçün əllərindən gələni edəcəklərini gizlətməyib:
“Sumqayıt”ın hazırkı vəziyyətdə olması bizi maraqlandırmır. Əksinə, bu fakt rəqib komandanı doğma meydanda daha istəkli olmağa, qələbə qazanmağa məcbur edir.
Diqqəti öz oyunumuza yönəltməliyik. Müdafiədə az səhv edib, hücumda effektivliyi artırmaqla gücümüzü ortaya qoymalıyıq. İlk dövrədə Sumqayıtda keçirilən oyunda qol vurmuşdum. Ümid edirəm ki, bu dəfə də qol vuracağam. Təbii ki, baş məşqçimiz mənə şans versə. Ora qələbə dalınca gedəcəyik. Bundan sonra xal itirmək şansımız yoxdur. Ümid edirəm ki, səfər matçında bizi dəstəkləyəcək azarkeşlərimizin köməyi sayəsində qalibiyyəti birlikdə bayram edəcəyik”.
Aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 18:00-da çalınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 05 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















