“Neftçi”dən ayrılan mütəxəssis Premyer Liqaya qayıdan klubun təklifini geri çevirdi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Neftçi” futbol akademiyasının keçmiş koordinatoru Elşad Əhmədov “Karvan”da çalışmaq istəməyib.
İdman.Biz sportinfo.az- a istinadən xəbər verir ki, bu yay paytaxt klubundan ayrılan mütəxəssis Yevlax təmsilçisinin təklifini qəbul etməyib.
14 ildən sonra Premyer Liqaya qayıtmış “sarvanlar”ın şəraiti və şərtləri ilə maraqlanan Əhmədov komandanın sükanı arxasına keçməyi lazım bilməyib. O, mövcud imkanlar daxilində “Karvan”ı elitada saxlamaq vəzifəsinin öhdəsindən gələcəyinə zəmanət verməyib.
Doqquz tura 5 xal toplamış yevlaxlılar turnir cədvəlində 11-ci yerə yuvarlanıb. Burada əsas narazılıq Azər Həşimovdandadır. Əksər futbolçular iyulda görəvə gəlmiş baş məşqçinin iş metodunu bəyənmir. Demək olar ki, onu qəbul etmirlər.
“Karvan”la əməkdaşlığa getməyən Elşad Əhmədov sonuncu dəfə 2020-ci ildə Premyer Liqada çalışıb. “Bayquşlar”ın çempionatda ilk baş məşqçisi kimi adını tarixə yazdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















