Icma.az
close
up
RU
“Neftçilər” və “Memar Əcəmi” stansiyasında sakinlər niyə qatardan DÜŞÜRÜLÜR?

“Neftçilər” və “Memar Əcəmi” stansiyasında sakinlər niyə qatardan DÜŞÜRÜLÜR?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Hər gün müəyyən saatlarda metronun  “Neftçilər” və “Memar Əcəmi” stansiyalarında “minik yoxdur” anonsu ilə sərnişinlər qatardan düşürülür. Əlbəttə, bu da səhər işə, dərsə tələsən sərnişinlərdə narazılıq yaradır. 
Bizim.Media məsələnin səbəblərini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-yə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, hazırda “Bakı Metropoliteni”ndə qatarların hərəkət intervalı payız-qış qrafikinin tələblərinə uyğun təmin edilir.
Verilən açıqlamada bəhs edilən məsələnin izahı belə verilib:
“Yaşıl və Qırmızı xətlər üzrə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dönmə kamerası olan "Memar Əcəmi" və “Neftçilər” stansiyalarından qatarlar geri qaytarılır. Bununla hər iki xətti üzrə "20 Yanvar" və "Koroğlu" əsas olmaqla, sərnişin sıxlığı müşahidə edilən stansiyalarda qismən tənzimləmə təmin edilir.
Onu da əlavə edək ki, bu zaman bir istiqamətdə "Nəsimi-Dərnəgül" sahəsi, digərində "Xalqlar dostluğu-Əhmədli" yol mənzilində interval iki dəfə artır. Lakin bu istiqamətlərdə də sərnişin axını nəzarətdə saxlanılır və zəruri tədbirlər görülür”.
Sonda hazırda mümkün digər tədbirlərin və imkanların da araşdırıldığı da qeyd olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri