Neftçinin yeni məşqçisi: “Çalışacam ki, etimadı doğruldum” İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Çox gərgin oyun oldu”.
İdman.biz xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun məşqçisi Daviti Çivçivadze deyib.
“Ağ-qaralar”ın “sükanı arxasına” yeni keçən gürcüstanlı mütəxəssis komandasının ilk oyununu dəyərləndirib. O bildirib ki, Azərbaycan Basketbol Liqasında "Abşeron"la debüt görüşündə oyunçuları sonadək döyüşüblər: “Var gücümlə çalışacam ki, bu etimadı doğruldum. Oyunçularıma apardıqları əzmkar mübarizəyə görə təşəkkürümü bildirirəm. Hər iki komanda qarşılaşmaya az müddətdə hazırlaşmışdı. Məşqlərə vaxtımızın az olmasına baxmayaraq, çox yaxşı oynadıq, aqressiv oyun göstərdik. Ümid edirəm ki, gələcək qarşılaşmalarda daha da yaxşı olacağıq. Məşqlərdə hazırlaşdığımız kimi, oyunçularımız müdafiədə aqressiv, hücumda isə düzgün ötürmələr edərək yaxşı oyun göstərdilər".
Qeyd edək ki, “Abşeron”a 84:76 hesabı ilə qalib gələn “Neftçi” 13 xalla A qrupunda 4-cü yerə yüksəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Yanvar 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















