Icma.az
close
up
RU
Neftçinin yetirməsi AFFA ilə məhkəmədə çəkişəcək vəkili detalları açıqladı

Neftçinin yetirməsi AFFA ilə məhkəmədə çəkişəcək vəkili detalları açıqladı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Keçmiş futbolçu Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.
Niyə? "Football-plus.az" buna aydınlıq gətirmək məqsədi ilə kiçik araşdırma apardı. Məlum oldu ki, veteran oyunçunun vəkili Azərbaycan Vəkillər Kollegiyasının üzvü və idman sahəsində vəkil kimi fəaliyyət göstərən Elcan Həsənlidi.
Mövzu haqda detallı məlumat almaq məqsədilə tanınmış hüquqşünasla əlaqə saxladıq. Onun söylədikləri:

"Hazırda ətraflı bilgi vermək doğru olmaz. Onu deyə bilərəm ki, Mirhüseyn Seyidov AFFA İntizam Komitəsinin qərarıyla ömürlük futboldan uzaqlaşdırılmasından narazıdı. Məhkəmə prosesi çərçivəsində ilkin hazırlıq iclası dekabrın 19-da keçiriləcək. Yalnız bundan sonra bəzi məsələlərə aydınlıq gələcək".


Fürsətdən istifadə edib Elcan bəydən sentyabrın 17-də "Bülis"lə müqavilə bağlayan, ayyarım sonra Albaniya klubundan ayrılaraq vətənə qayıdan Amil Yunanov haqda da danışdıq. O, həmin mövzuyla bağlı görülən işlərin də davam etdiyini dedi.
Bəs Mirhüseyn Seyidov futboldan niyə ömürlük uzaqlaşdırılıb?
2017-ci il, dekabrın 1-də AFFA İntizam Komitəsinin xüsusi iclası keçirildi və burda aşağıdakı qərar qəbul edildi ki, hadisə ölkə futbolunda ciddi əks-səda doğurdu:

"Keşlə"nin (indiki "Şamaxı") AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə"nin futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin".


Göründüyü kimi, söhbət danışılmış oyunlardan gedir. İndi futbolçu AFFA-dan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İşə Bakı Şəhər Xətai Rayon Məhkəməsində baxılacaq.
Onu da xatırladaq ki, Mirhüseyn Seyidov "Neftçi"nin yetirməsidi. O, 2015-ci ilə qədər "ağ-qaralar"ın, ardınca cəzalanana qədər "İnter"in (klub sonradan "Keşlə" adlandırılıb - red.) formasını geyib. O, 2011/12 və 2012/13 mövsümlərində "Neftçi"nin heyətində ölkə çempionu olub. Sabiq futbolçu U-19 və U-21 millilərimizin şərəfini qorusa da, əsas yığmamızda debüt etməyib.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri