“Neftçi”yə gəlməkdən imtina edən futbolçu “Sumqayıt”a keçir
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Misli Premyer Liqasında çıxış edən “Sumqayıt” klubu heyətini legioner futbolçu ilə gücləndirməyə yaxındır.
İdman.Biz xəbər verir ki, klub Ukraynanın “Polesye” klubunun mərkəz müdafiəçisi Danilo Beskorovayn ilə bağlı transfer prosesini yekunlaşdırmaq üzrədir.
Məsələ ilə bağlı “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev futbolçu ilə maraqlandıqlarını İdman.Biz-ə təsdiqləyib:
“Keçid hələlik rəsmiləşdirilməyib, lakin yaxın vaxtlarda bu prosesin tamamlanması gözlənilir. Böyük ehtimalla Beskorovayn “Sumqayıt”a icarə əsasında qoşulacaq, müqavilənin müddəti və digər detallar isə yaxın günlərdə açıqlanacaq”.
Qeyd edək ki, ukraynalı baş məşqçi Yuri Vernidubun “Neftçi”yə keçidindən sonra sözügedən oyunçunun “ağ-qaralar”a transferi gündəmə gəlsə də, keçid alınmamışdı. Əldə etdiyimiz məlumata görə, buna səbəb “Polissye”nin müdafiəçini yalnız icarə əsasında buraxmağa razı olması, “Neftçi”nin isə birdəfəlik transfer etmək istəməsidir. Ukrayna klubu ağır zədədən sonra oyun praktikasından əziyyət çəkən Danilonun təcrübə qazanması üçün “Sumqayıt”a keçidinə mane olmayıb.
Yusif Sadıqlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















