Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Neftin bahalaşması dünya iqtisadiyyatına necə təsir göstərir?

Neftin bahalaşması dünya iqtisadiyyatına necə təsir göstərir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə davam edən müharibə qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırır. Xüsusilə Hörmüz boğazında gəmiçiliklə bağlı risklər dünya neft təchizatına və qiymətlərinə təsir göstərir. Regionda hərbi gərginliyin artması neft tədarükündə fasilələr yaranması ehtimalını gücləndirərək qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bununla yanaşı, diplomatik danışıqların davam etməsi bazarlarda qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntilər yaradır.

Neft qiymətlərinin artması yalnız enerji bazarı ilə məhdudlaşmır. Bu proses istehsal və daşınma xərclərini artırmaqla yanaşı, qlobal inflyasiyaya, ərzaq və digər istehlak məhsullarının qiymətlərinə də təsir göstərir. Eyni zamanda, neft bazarındakı dəyişikliklər fond birjalarında, dolların məzənnəsində və qızılın qiymətində də özünü göstərə bilər. Neft ixracatçısı olan Azərbaycan üçün isə bu vəziyyət həm əlavə gəlir imkanları, həm də idxal inflyasiyası ilə bağlı risklər yaradır. İqtisadçı Xalid Kərimli “XQ”nin mövzu ilə bağlı suallarını cavablandırıb.

-Xalid bəy, Yaxın Şərqdə davam edən müharibə neft qiymətlərinə necə təsir edir? Neftin bahalaşması dünya iqtisadiyyatında inflyasiyanın artmasına, ərzaq və digər məhsulların qiymətlərinin yüksəlməsinə hansı dərəcədə səbəb ola bilər? Bu proseslərin Azərbaycan iqtisadiyyatı üçün müsbət və mənfi nəticələri nələrdir?

-Hörmüz boğazı dünya neft ticarəti və qlobal neft qiymətləri baxımından mühüm əhəmiyyətə malikdir. Boğazın bağlanması neft qiymətlərinə ciddi təsir göstərir. Neft qiymətlərinin dəyişməsi isə qlobal inflyasiya gözləntilərini dəyişdirərək təkcə neft birjalarına deyil, digər əmtəə və fond birjalarına da təsir edir. Nəticədə bu dəyişikliklər insanların gündəlik həyatında da özünü göstərir.

Hörmüz boğazının tamamilə bağlanması və İranın burada ciddi qeyri-müəyyənlik yaratması, o cümlədən öz tələblərinə uyğun olmayan gəmilərin keçidini dayandırması neft qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Bu halda qiymətlər indiki səviyyə ilə müqayisədə 15–20 faiz arta bilər.

Təbii ki, neft qiymətlərinin yüksəlməsi qlobal əmtəə bazarlarında qiymət artımına, fond indekslərinin isə aşağı düşməsinə gətirib çıxara bilər. Bu proses dolların məzənnəsinə də təsir göstərəcək. Belə ki, qlobal inflyasiya gözləntilərinin artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə təsir edə bilər. Eyni zamanda, dolların təhlükəsiz aktiv kimi investorlara daha cəlbedici görünməsi və FED-in faiz dərəcələrini daha da sərtləşdirəcəyi ilə bağlı gözləntilərin artması dolların məzənnəsinin yüksəlməsinə səbəb ola bilər.

Qızıl bazarına təsirə gəldikdə isə burada iki əsas amil nəzərə alınmalıdır. Birinci amil qlobal qeyri-müəyyənliyin artmasıdır. Belə vəziyyətlərdə investorların təhlükəsiz aktivlərə marağı artır və bu, qızılın qiymətinin yüksəlməsinə səbəb ola bilər. İkinci amil isə neft qiymətlərinin artması ilə əlaqədar qlobal inflyasiya gözləntilərinin yüksəlməsidir. Bu amil faiz dərəcələrinin artırılması ehtimalını gücləndirərək qızıl qiymətlərinə aşağı istiqamətdə təzyiq göstərə bilər.

Bu iki amildən hansının üstünlük təşkil etməsi qızılın qiymətindəki dəyişikliklərin istiqamətini müəyyənləşdirəcək. Lakin ilin əvvəlindən müşahidə olunan tendensiya neft qiymətlərinin yüksəlməsinin qızıl qiymətlərinə aşağı istiqamətdə təzyiq göstərdiyini göstərir.
Baş verən dəyişikliklərin qlobal iqtisadiyyata təsiri də qaçılmazdır. Azərbaycana gəldikdə isə burada iki əsas məqamı qeyd etmək lazımdır.

Birincisi, neft qiymətlərinin artması ölkənin neft gəlirlərinin yüksəlməsinə səbəb olacaq. Bu, müsbət təsirdir. Belə ki, Dövlət Neft Fondunun gəlirləri arta, ölkənin maliyyə imkanları genişlənə bilər.

İkinci, mənfi təsir isə idxal inflyasiyasının sürətlənməsi ilə bağlıdır. Bu, əhalinin idxal olunan məhsullara çəkdiyi xərclərin və ümumi istehlak xərclərinin artmasına, eyni zamanda sosial gərginliyin və sosial təzyiqlərin güclənməsinə gətirib çıxara bilər. Xüsusilə sosial baxımdan həssas əhali qrupları bu prosesdən daha çox təsirlənə bilər. Çünki idxal inflyasiyasının sürətlənməsi onların büdcəsinə əlavə yük yaradır. Buna görə də idxal inflyasiyasının artması ölkəmiz üçün arzuolunan hal deyil.

Hazırda Hörmüz boğazının fəaliyyəti ilə bağlı müxtəlif ssenarilər və proqnozlar mövcuddur. Təhdidlərin bir qismi reallaşsa da, digərləri hələlik ehtimal olaraq qalır. Birjalar da bu prosesləri xüsusi diqqətlə izləyir və baş verən hadisələrə operativ reaksiya verirlər.

Südabə MƏTANƏTLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri