Neftin bahalaşması məzənnəyə necə təsir göstərəcək? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Son dövrlər dünya bazarında neft qiymətlərində müşahidə olunan artım Azərbaycanda milli valyutanın gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İctimaiyyət arasında tez-tez səslənən suallardan biri də neftin bahalaşmasının manatın məzənnəsinə təsir edib-etməyəcəyi ilə bağlıdır. Bəs, neftin qiymətinin qalxması manatın məzənnəsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, neft qiymətlərindəki dəyişiklik manatın məzənnəsinə birbaşa təsir göstərmir.
“Manatın məzənnəsi dollara bağlıdır. Neftin qiyməti dəyişə bilər. Hətta elə dövrlər olub ki, neft 20 dollar ucuzlaşıb, amma manatın məzənnəsində dəyişiklik baş verməyib. Buna görə də neftin qiymətinin qalxmasının manatın məzənnəsinə birbaşa təsiri yoxdur”.
İqtisadçı hesab edir ki, məzənnəyə təsir edən əsas amillər ölkənin valyuta siyasəti və makroiqtisadi idarəetmə mexanizmləridir. Bu səbəbdən qlobal enerji bazarındakı qısamüddətli dalğalanmalar milli valyutanın kursunda dərhal əks olunmur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Fevral 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















