Icma.az
close
up
RU
“Neftin suverenlik yolunda rolu” adlı rəsm müsabiqəsinə yekun vurulub

“Neftin suverenlik yolunda rolu” adlı rəsm müsabiqəsinə yekun vurulub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, AZƏRTAC

SOCAR-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və 12 Noyabr - Konstitusiya Günü münasibətilə keçirilən “Neftin suverenlik yolunda rolu” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Gənclər arasında Konstitusiya, suverenlik anlayışlarının, dövlətçilik və müstəqillik dəyərlərinin bədii ifadə vasitəsilə təşviq olunması, eləcə də yaradıcı gənclərin inkişafına dəstək məqsədi daşıyan müsabiqəyə, ümumilikdə, 70-ə yaxın rəsm təqdim edilib.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, cari ilin sentyabr və oktyabr aylarında təşkil edilən ilkin mərhələdə seçilən 22 ən yaxşı rəsm SOCAR-ın Baş ofisində keçirilən sərgidə nümayiş olunub. Tədbirdə SOCAR nümayəndələri, münsiflər heyəti və rəsmlərin müəllifləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müəlliflər rəsmləri ilə bağlı təqdimatlar ediblər. Rəsmlər Əməkdar artist Bəhram Bağırzadə, SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəis müavini Mirsahib Musayev, İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin Səriştəliliklərin qiymətləndirilməsi və insan resursları əməliyyatlarının koordinasiyası şöbəsinin rəisi Asim Əliyev və Bakı Ali Neft Məktəbinin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tərtibatçı dizayneri Tahir Əfəndiyevdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Aydan Qurbanova olub, II yerə Onur Aşurlu, III yerə isə Gülnisə Novruzova layiq görülüb.

İştirakçılara və qaliblərə sertifikatlar, eləcə də hədiyyələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri