Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində esse müsabiqəsinə yekun vurulub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində esse müsabiqəsinə yekun vurulub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nəsimi, Nərimanov və Suraxanı rayonlarının məktəbliləri arasında “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” mövzusunda esse müsabiqəsi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi uşaq və gənclərin Azərbaycan Respublikasının Konstitusiyası haqqında biliklərini artırmaq, vətəndaşlıq məsuliyyəti və vətənpərvərlik hisslərini gücləndirmək olub. Müsabiqə Nəsimi, Nərimanov, Suraxanı Rayon İcra hakimiyyətləri və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub.

VII və VIII, həmçinin IX və X sinif şagirdləri olmaqla iki yaş kateqoriyası üzrə keçirilən esse müsabiqəsinə 200-ə yaxın məktəbli qatılıb.

Müsabiqənin Nəsimi rayonu üzrə yekun tədbirində 42, 247, 35, 46, 14 və 164 nömrəli məktəblərin şagirdləri sertifikatla təltif olunublar. 240, 19, 16 və 111 nömrəli məktəblərin şagirdləri isə I, II və III yerləri qazanıblar.

Tədbir çərçivəsində Mərkəzin “Təsviri sənət və dizayn”, “Dekorativ tətbiqi sənət” və “Modelyer-rəssam” dərnəklərinin üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub. “Zirvə” yaradıcılıq kollektivinin vokal və rəqs qrupları tədbirin bədii hissəsində çıxış ediblər.

Suraxanı rayonunun Hövsan qəsəbəsi məktəbliləri arasında keçirilmiş müsabiqədə 172, 270, 76, 196, 281, 280 və 118 nömrəli məktəblərin şagirdlərinin esseləri seçilərək diplom və sertifikatlarla mükafatlandırılıb. Tədbirin bədii hissəsində “Zirvə” yaradıcılıq kollektivinin vokal və rəqs qrupları çıxış edib.

Nərimanov rayon məktəbliləri arasında keçirilmiş müsabiqədə 37, 202, 34, 45, 47 və 178 nömrəli məktəblərin şagirdləri sertifikata, 37, 57 və 178 nömrəli məktəblərin şagirdləri isə I, II və III dərəcəli mükafatlara layiq görülüblər. Tədbirin aparıcılığını Mərkəzin “Teatr sənəti” dərnəyinin üzvləri edib, qalib şagirdlər esselərini təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri