Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftin ucuzlaşması mənzilləri də ucuzlaşdırır Bazarda durğunluq yaranıb

Neftin ucuzlaşması mənzilləri də ucuzlaşdırır Bazarda durğunluq yaranıb

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ-də yeni tarif siyasətinin tətbiq edilməsi əmtəə bazarlarında gərginliyi artırıb. Hazırda hamını qorxudan əsas məsələ yeni tarif siyasətinin ticarət müharibəsi ilə nəticələnməsi ehtimalıdır.  ABŞ-yə böyük miqdarda məhsul satan ölkələr Donald Tramp hakimiyyətinin atdığı addımlara cavab verməyə hazırlaşır. İri investisiya qurumlarının analitiklərinin şərhlərinə görə, cavab tədbirləri həyata keçirilərsə, idxal edilən mallar bahalaşacaq və bununla da xarici ticarət dövriyyəsi kiçiləcək. Ticarət dövriyyəsinin kiçilməsi isə öz növbəsində əmtəələrin satış miqdarının azaltması ilə nəticələnəcəyindən bazarlarda qiymətlərin aşağı düşməsi gözlənilir.

Sfera.az bildirir ki, artıq ucuzlaşma dinamikası əsas əmtəə olan neft qiymətlərində müşahidə olunur.

“Brent” neftinin qiyməti uzun müddət idi ki, 70-80 dollar arasında dəyişirdi. Amma ABŞ-nin yeni tarifləri elan etməsindən sonra “qara qızıl” sürətlə ucuzlaşır. Aprelin 2-də 75 dollara satılan “Brent” neftinin dəyəri hazırda 63 dollara satılır. Cəmi 5 gün ərzində “Brent” neftinin dəyəri 12 dollara yaxın, yəni 16 faiz düşüb.

Qısa müddətdə belə böyük sürətlə ucuzlaşma əmtəə birjalarında olan narahatçılığın bariz göstəricisi hesab oluna bilər. Proqnozlara görə, qlobal ticarətdə gərginlik azalmasa neft qiymətləri enməkdə davam edəcək.

Neftin ucuzlaşmasına OPEK+ ölkələrinin neft hasilatını üçaylıq plan həcmində artırmaq qərarı da təsir edib.

Neftin ucuzlaşması əlbəttə ki, neft ixrac edən və iqtisadiyyatda neft gəlirlərinin payı yüksək olan ölkələr üçün arzuedilən deyil. Çünki neft ucuzlaşdıqda və aşağı qiymətlər uzun müddət qaldıqda həmin ölkələrdə digər sahələrdə də geriləmə baş verir, durğunluq əlamətləri yaranır.

Bu baxımdan Azərbaycan iqtisadiyyatında da durğunluğun yaranması, investisiya qoyuluşunun azalması ehtimalı var.  

Bəs neftin ucuzlaşması Azərbaycanda hansı sahələrdə durğunluq yarada bilər?

Əvvəlki illərin təcrübəsi göstərir ki, aşağı neft qiymətləri ilk növbədə tikinti sektoruna mənfi təsir edir. Neft qiymətləri aşağı düşdükdə tikintiyə qoyulan investisiyalar azalır, əhalinin tələbində zəifləmə baş verir və daşınmaz əmlak qiymətlərində, o cümlədən mənzil qiymətlərində ciddi geriləmələr qeydə alınır.

Biz bunu neft qiymətlərinin aşağı düşdüyü 2008-2009-cu, 2014-2016-cı və 2020-2021-ci illərdə müşahidə etmişik. Həmin illərdə həm dövlət büdcəsindən, həm müəssisə və təşkilatlardan, həm də əhalinin öz vəsaitlərindən daşınmaz əmlaka yənəldilən investisiyalar xeyli azalmışdı. Buna görə də qeyd edilən illərdə daşınmaz əmlak sektorunda və onun əsas hissəsi olan mənzil bazarında ciddi ucuzlaşma baş verdi.

Son günlərdə də neft qiymətləri düşür. Əgər aşağı neft qiymətləri qalarsa, mənzil bazarında oxşar mənzərə yenidən təkrarlanacaq.

Neftin qiyməti ilə daşınmaz əmlak bazarındakı qiymətlər arasında əlaqəni yaradan əsas amillərdən biri də psixoloji faktorlardır. Azərbaycanda əhali bu vəziyyətdə məcburiyyət olmadıqca mənzil almağa meyl etmir.

Mənzil sahibi olmaq istəyənlər, eləcə də mənzil bazarına investisiya qoymaq istəyənlər daha rasional davranaraq gözləmə mövqeyinə keçir və ucuzlaşmadan sonra daha əlverişli qiymətlərlə əmlak almağı hədəfləyir.

Belə vəziyyətdə banklar da mənzil alışına kredit qoyuluşunu azaldır. Banklar ipoteka kreditlərinin həcmini azaldaraq riskli vəziyyətdə daha ehtiyatlı davranmağa çalışırlar. Onların ehtiyatlı davranması mənzil bazarında durğunluğu bir qədər də dərinləşdirir.

Beləliklə, neft qiymətlərinin aşağıya yön aldığı indiki vəziyyətdə son illərdə xeyli bahalaşan mənzillərin ucuzlaşma ehtimalı güclənib. Buna görə də mənzil almaq istəyənlər tədricən bazardan çıxırlar. Onsuz da yüksək qiymətlərə görə bazarda alıcı qüvvəsi zəifləyib və satıcılar qiymətlərdə müəyyən endirimlərə getməyə məcbur olurlar. Böyük ehtimalla, neftin ucuzlaşması ilə bazarda tələb bir qədər də zəifləyəcək və bu, daha böyük qiymət enişlərinə təkan verəcək. Ona görə mənzil almaq istəyənlərin bir qədər gözləməsi daha doğru olardı..

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri