Nəhəng növü kəşf edildi Bir sümüyü belə insan boyundadır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliyalı alimlər təxminən 20 metr uzunluğunda yeni nəhəng dinozor növü kəşf ediblər.
Sherg.az xəbər verir ki, tapılan qalıqlar arasında insan boyunda olan sümük dinozorun olduqca böyük ölçülərə malik olduğunu göstərib.
Xəbərə görə, alimlər Braziliyada indiyədək tapılan ən böyük dinozorlardan biri hesab edilən yeni növ müəyyən ediblər. Dasosaurus tocantinensis adlandırılan nəhəng dinozor bu ay dərc olunan elmi araşdırmada elmi ictimaiyyətə təqdim olunub.
Dinozora aid fosillər 2021-ci ildə Braziliyanın şimal-şərqində yerləşən Maranyao ştatının Davinopolis şəhəri yaxınlığında aparılan infrastruktur işləri zamanı aşkar edilib.
Tapılan qalıqlar arasında təxminən 1,5 metr uzunluğunda bud sümüyü (femur) da olub. Məhz bu sümük alimlərə dinozorun uzunluğunun təxminən 20 metrə çata biləcəyini hesablamağa imkan verib.
Araşdırmada iştirak edən Santa Mariya Federal Universitetinin paleontoloqu Leonardo Kerber qazıntılar zamanı sümüklərin ölçüsünün diqqət çəkdiyini bildirib.
Onun sözlərinə görə, qazıntı davam etdikcə nəhəng bud sümüyü üzə çıxıb və bu da dinozorun çox böyük olduğunu göstərib. Alim qeyd edib ki, Dasosaurus Braziliyada indiyədək aşkar edilən ən böyük dinozorlar arasında yer alır.
Araşdırmaya əsasən, yeni növ İspaniyada müəyyən edilən Garumbatitan morellensis adlı dinozorun ən yaxın qohumu hesab olunur.
Santa Mariya Federal Universitetinin açıqlamasına görə, bu dinozor nəslinin mənşəyi Avropaya dayanır. Ehtimal edilir ki, bu növün əcdadları təxminən 130 milyon il əvvəl, Atlantik okeanı tam formalaşmamışdan əvvəl, Şimali Afrika üzərindən Cənubi Amerikaya yayılıb.
Bu tapıntı qədim dövrlərdə Cənubi Amerika, Afrika və Avropa arasında quru əlaqələrinin mövcud olduğu barədə elmi fikirləri gücləndirən yeni sübut kimi qiymətləndirilir.
Qeyd edək ki, dinozorun adı tapıldığı bölgənin – Tocantins ərazisinin adı ilə əlaqələndirilərək verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 14 Mart 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















