Nenad Laloviç: “Azərbaycan dünya güləş məktəbinin mərkəzlərindən biridir”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bakıda keçirilən U-17 Dünya Güləş Çempionatının açılış mərasimində Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç çıxış edib.
İdman.Biz xəbər verir ki, Laloviç yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
O, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və digər təşkilatçı qurumların əməyini yüksək qiymətləndirib.
UWW prezidenti Bakını fantastik şəhər adlandıraraq, Azərbaycanın dünya güləş məktəbinin əsas mərkəzlərindən biri olduğunu vurğulayıb. O, gənc idmançılara uğurlar arzulayıb və onların gələcəkdə Olimpiya Oyunlarında ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib.
Laloviç, həmçinin Birləşmiş Dünya Güləş Təşkilatı adından Milli Olimpiya Komitəsinə və Prezident İlham Əliyevə güləşə göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, U-17 Dünya Güləş Çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















