Icma.az
close
up
RU
Nənə, nağıl danış Almaz Xanlarovadan HEKAYƏ

Nənə, nağıl danış Almaz Xanlarovadan HEKAYƏ

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zeyn inanırdı ki, nənəsi onu hamıdan çox istəyir. Çünki bunu özü demişdi. O da bilirdi ki, nənəsini dünyalar qədər istəyir. Onsuz bərk darıxırdı. Hətta televizorda nənəsinə oxşayan birini görəndə kövrəlirdi.

O çox istəyirdi ki, nənəsi onlara gəlsin, qalsın, lap çox qalsın.

Amma nənə onlara elə gec-gec gəlirdi ki, buna "gəlir" deməyə adamın dili dönmürdü. Hələ üstəlik qalmırdı da. Zeyn hər dəfə atasına yalvaranda ki:

— Nənəmi gətir, bizdə qalsın...

Anası sözlü adam kimi susurdu, çünki bilirdi ki, nənənin tək bir cavabı olacaq. Cavabı da bu olurdu:

 — Özünüz bilirsiniz ki, mən başqa yerdə qalmıram.

Nə isə... Zeyn nənə sarıdan öz evlərinin yetimçiliyini həmişə hiss edirdi. Xüsusi ilə də həyətdə nənələri ilə gəzən uşaqları görəndə. Evə gəlib anasından soruşardı:

— Ana, deyirsən ki, nənələr öz evlərindən aralananda xəstələnirlər. Bəs Maşanın, Səmanın nənəsi niyə xəstələnmir?

Anası bu suala cavab verə bilməyəndə kədərlə Zeynin atasına baxardı.

Zeyn artıq məktəbə gedirdi. İndi nənəsini lap gec görürdü. Çünki dərslərindən qalıb onlara gedə bilmirdi. Şənbə-bazar günü olardı, onda da atası deyirdi:

— Vacib işlərim çıxdı.

Zeyn öz-özünə təsəlli verirdi:

 — Eh, eh, eh qoy böyüyüm, özüm gedəcəm nənəmgilə.

Qəribə uşaq idi Zeyn. B

ir dəfə beş yaşında olanda anasından soruşdu:

— Ana, nənəm qocadır?

Anası dedi: — Hə.

Gördü Zeynin dodaqları büzüşdü, gözləri doldu, tez sözünü dəyişdi:

— Yox, ay bala, hələ qocalmayıb.

Zeyn dedi: — Ana, istəmirəm nənəm qocalSın. Axı deyirlər, adam qocalanda ölür, hə? Gəl elə edək ki, nənə qocalmasın. Xəstələnməsə, qocalmaz, hə?

 "Yox" cavabını eşidəndə üzü gülərdi.

Və o gündən Zeyn kimdən nənəsini görüb xəbər alsaydı, soruşardı:

— Xəstələnməyib ki?

Amma bir dəfə qulağına çatdı ki, nənəsi xəstələnib. Anası gedib onlarda qalmışdı. Zeyn bilmirdi neyləsin. Uşağın gözlərinə elə bir kədər çökmüşdü ki, baxan o gözləri yaşlı adamın gözlərinə oxşadardı. Həm də gözlərində itirmək qorxusu vardı.

 "Nənəm xəstələnibsə, qocalıb. Qocalıbsa deməli..."

Yox, yox...

 "Eybi yox, qoy bizə gec-gec gəlsin, gəlib qalmasın, amma bilim ki, nənəm var, həmişə olacaq."

Bir gün Zeyn məktəbdən evə gələndə həyətdə uşaqlar ona dedilər:

— Nənən gəlib!

Zeyn təngnəfəs pillələri qalxdı. ... Həyətdə maşın dayandı. Bir-iki nəfər düşüb ikinci mərtəbəyə qalxdı. Bir az keçdi geri qayıtdılar:

 — Evdə yoxdur, — dedilər maşındakı qoca arvada.

 Cavab gəldi:

— Nolar, gedək qonşudan soruşaq, bəlkə bilər nə vaxt gələcəklər.

Zeynin anası qapını açanda dəhlizdə bir qarı gördü.

— Axşamın xeyir, ay bala, bilmirsən bizimkilər hardadır?

— Yox, ay xala, gəl içəri, sən Allah. Nə vaxt gələrlər, gələrlər.

Beləcə, Zeyn gələndə onların evində nənə vardı.

Anası qapını ona açan kimi Zeyn içəri yüyürdü:

— Nənəəə...

Özgə nənəsini görüb tutuldu.

 Amma Arastə arvadın:

 — Can nənə, sənə qurban olum, ay bala... — deyib qucaq açaraq ona tərəf gəldiyini görəndə atılıb arvadın boynunu qucaqladı, üz-gözündən öpdü, onun boynunu buraxmadı.

Arastə nənə gəldiyi uzaq yolun yorğunluğunu, yad evdəki narahatçılığı unutdu. Elə bil öz nəvəsinin evinə gəlmişdi. Bayaqdan ehtiyatla baxdığı dərin kresloya arxayınlıqla çökdü. Arxası üstə düşüb ayaqlarının yerdən aralanması Zeyni güldürdü. Uşaq gülməkdən uğunub nənənin boynunu qucaqladı. Arastə nənə onun üzündən bir də öpdü.

Başladı suallar, nə başladı...

Zeyn çoxdan ürəyində nənəsinə verəcəyi sualların hamısına cavab tapmaq istəyirdi. Arastə nənə də elə bil yorulmurdu. Beləcə, nənə ilə Zeyn "öz dillərində" xeyli dərdləşdilər.

Gecəyarı Arastə nənənin oğlugil — Zeyngilin qonşuları — qayıdıb gəldilər. Kimsə nənənin Zeyngildə olduğunu demişdi.

Oğlu bir az tərəddüdlə qapının zəngini basdı. Axı bu qonşu ilə heç əməli-başlı gediş-gəlişləri olmamışdı. Qapını Zeynin atası açdı:

— Gəl içəri, ay qonşu, gəl. Neçə ildir qonşuyuq, amma bir-birimizin evinin kandarını tanımırıq. Yenə Arastə nənə sağ olsun.

Zeynin sevincindən hamıya pay düşmüşdü. Atanın da üzündə uşaq təbəssümü vardı. Kandarda azca ləngiyən oğul da yüngülləşdi, ərklə içəri keçdi.

Bir azdan bu evin xoş hay-küyü həyətdən eşidilirdi.

— Əşi, bir Qarabağlılığımızı göstərək, ay qonşu. Tarım var, gətirim çalım. Səsin olmamış olmaz. Ananı, sizi gördüm, kənd-kəsəyim yadıma düşdü.

Zeyn sevincək nənəni qucaqladı:

— Nənə, ay nənə, bu gün bizdə qalacaqsan, hə?

Nənə bir anlığa duruxdu. Oğluna baxdı. Zeynin anasının gözlərindəki itirmək qorxusunu gördü. Uşağı bağrına basdı:

 — Qalacam, ay bala, qalacam. Nənən sənə qurban.

Çaldılar, oxudular, çörək kəsdilər.

Nənənin gəlini gəldi:

 — Ay ana, gəl gedək. Camaat da öz evində dincəlsin.

Bu söz Zeyni üşütdü. Büzüşdü. Rəngi şaxtaya düşən adamın rənginə döndü.

— Nənəəə...

— Sizdə qalacam, bala. Nənə qurban, qalıram.

Nənə gəlinini, oğlunu dəhlizə apardı. Nəsə dedi. Onlar yarıkönül getdilər.

Zeyn bunları görmürdü. Çünki yerindən tərpənməyə ürək eləmirdi. Elə bil onu tək otağa salıb qapını kilidləmişdilər. O da gözləyirdi ki, kimsə gəlib bu qapını açacaq.

Və nənə geri qayıdıb deyəndə ki:

 — Ay qızım, yerimi Zeynlə bir sal...

Zeynə elə gəldi ki, bundan başqa dünyada heç nə arzulamayıb.

 Yerinə girdi. Arastə nənənin də onun yanında uzandığını görən kimi nənəyə sığınıb onun boynunu qucaqladı. Pıçıltıyla dedi:

— Nənə, mənə nağıl danış...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri